2008-ci ildə Avropa İttifaqında fəaliyyətə başlamış Merlər Razılaşması könüllü olaraq öhdəlik götürmüş minlərlə yerli hökuməti Avropa İttifaqının (Aİ) iqlim və enerji məqsədlərini həyata keçirmək üçün birləşdirir. Bu hərəkat hazırda 11,000+ yerli və regional səlahiyyətli orqanları ilə bərabər çalışır.
Mingəçevir şəhər Bələdiyyəsi 16 İyun 2017-ci il tarixli 08/1 nömrəli qərarı ilə Avropa İttifaqının maliyyələşdirdiyi İqlim və Enerji üzrə Merlərin Razılaşması təşəbbüsünə qoşulmuşdur. Qərara əsasən Mingəçevir Bələdiyyəsi Fəaliyyət Planı hazırlamalı və bunun üçün işçi qrup yaratmalı idi. Qərarın icrasına nəzarət işçi qrupun rəhbəri Şəhriyar Mustafayevə həvalə olundu. Fəalliyət planını hazırlamaq üçün Avropa İttifaqının dəstəyi ilə beynəlxalq və yerli ekspertlər təyin olundu.
Mingəçevir şəhərinin Dayanıqlı Enerji və İqlim Fəaliyyət Planı 26 dekabr 2019-cu il tarixində təsdiq edilib. Avropa Komissiyasının Birgə Araşdırmalar Mərkəzi (JRC) fəaliyyət planının qiymətləndirilməsini yekunlaşdırıb və qəbul edib. Strategiya bir sıra uyğunlaşma tədbirlərini, o cümlədən yerli parklar üçün suvarma sisteminin tikinti layihəsini nəzərdə tutur
2019-2020-ci illər pandemiya dövründə, bütün sahələrdə olduğu kimi seminar, təlim və iclaslar ZOOM sosial platforması vasitəsilə həyata keçirilmişdir və bu səbəbdən Mingəçevir DEİF Planının qiymətləndirilməsində gecikmə yaranmışdır.
29-30 Noyabr 2022-ci il tarixində Gürcüstan, Tbilisi şəhərində “Şərq Tərəfdaşlığı Regionu üzrə Merlər Razılaşmasının 10-cu ildönümü” tədbiri keçirilmişdir. Mingəçevir şəhərinin layihə üzrə nümayəndəsi olaraq Şəhriyar Mustafayev görüşdə iştirak etmiş və burada Mingəçevir Fəaliyyət Planının qiymətləndirilməsinin yekunlaşdırılması ilə bağlı onun tərəfindən məsələ qaldırılmış, müzakirələr aparılmış və Planın təsdiqi barədə 3 fevral 2023-cü ildə Qərar qəbul edilmişdir.
Hazırda bunun nəticəsində planın 3 layihəsi:
1) Mingəçevirdə 3 çoxmənzilli binaların əsaslı şəkildə termo moderinizasiya işlərinin aparılması;
2) Mingəçevirdə biokütlə qazanlarının quraşdırılması ilə mərkəzi istilik sisteminin modernləşdirilməsi;
3) Mingəçevir şəhər ərazisində suvarma sisteminin damcı suvarma üsuluna keçirilməsi – Bozdağın yaşıllaşdırılması.
1-ci layihə Mingəçevirdə çoxmənzilli binaların istilik renovasiyasını nəzərdə tutur.
CoM East layihəsi yaşayış binaları sektorunda layihələrin prioritetləşdirilməsi və layihənin hazırlanması üçün 3 binanın seçilməsində və Azərbaycanda ilk dəfə enerji auditinin aparılmasında Mingəçevir bələdiyyəsinə dəstək vermişdir. 31.01.2023-02.02.2023-cü il tarixlərində texniki ekspert Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru cənab Nurməmməd Məmmədov və Merlərin Razılaşması Şərq – Azərbaycan üzrə ölkə eksperti Cahangir Əfəndiyev Mingəçevir şəhərində oldular və tələb olunan investisiyaları müəyyən etmək məqsədilə ekspress enerji auditi apardılar.
Ümumilikdə 22 bina qiymətləndirilib və 3 bina (A.Məmmədov küçəsi 11, Rəsulzadə küçəsi 1A, 20 Yanvar küçəsi 9) aşağıdakı meyarlar əsasında seçilib:
- Funksionallıq – yaşayış binaları, məhdud sayda qeyri-yaşayış sahələri (inzibati ofislər, mağazalar və s.);
- Qənaətbəxş texniki vəziyyət (ciddi tikinti qüsurları və zədələri yoxdur);
- Təkrarlama imkanı (standart tikinti layihəsi);
- Rayon istilik sisteminə qoşulma;
- Mənzillərin hər birində işıq və qaz sayğacının olması.
Ekspertlər binalara baxış keçirərkən:
Kanal32.az