Mingəçevir bazarındakı biabırçı durum müzakirəyə çıxarıldı-FOTOLAR

Mingəçevir Şəhər İcra Hakimiyyətində şəhərin mərkəzi bazarı ətrafında yaranmış vəziyyət və küçə ticarəti ilə bağlı  problemlər müzakirəyə çıxarılıb.
Kanal32.az xəbər verir ki,şəhər İcra Hakimiyyətinin tapşırıq və tövsiyələrinə uyğun olaraq şəhərdə fəaliyyət göstərən bazarların ətrafında və küçə ticarəti ilə bağlı yaranmış vəziyyətin aradan qaldırılması üçün müzakirələr aparılıb. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fərid Məmmədov toplantının keçirilməsinin məqsədindən danışaraq bildirib ki,bazarların ətrafında yaranmış bərbad vəziyyəti aradan qaldırmaq və qanunsuz küçə ticarəti hallarına qarşı birgə mübarizə tədbirləri görməkdir.
Fərid Məmədov qeyd edib ki,qanunsuz küçə ticarəti ilə bağlı icra başçısının müvafiq sənədlərinə əsasən işçi qrupları yaradılıb.Son zamanlar Mingəçevirdə bazar ətrafında yaranmış antisanitar vəziyyət və kənd təsərrüfatı məhsullarının ayaqlar altında satılması şəhər sakinləri tərəfindən də ciddi narazılıq doğurub.
Fərid Məmmədov bu mövcud vəziyətlə bağlı Əmlak komitəsinə,Polis şöbəsinə,Qida Agantleiyinin region bölməsinə və digər aidiyyəti qurumlara rəsmi məktublar göndərildiyini nəzərə çatdırıb.
Müzakirələrdə iştirak edən bazar rəhbərləri mövcud vəziyyətdən xəbərdar olduqlarını bildiriblər. Lakin onlar bu vəziyyətin qarşısını almaqda çətinlik çəkdiklərini deyiblər.
Mingəçevir şəhər Polis Şöbəsinin Xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı  Azər Hüseynov bildirib ki,bu işlərə məsul şəxslərdən biri olaraq bu xoşagəlməz durum bizi də narahat edir,bu şəhərimizin təmizlliyinə və gözəlliyinə xələl gətirən bir vəziyyətdir. Biz də üzərimizə düşən vəzifəni yerinə yetirməyə hazırıq. Bazar rəhbərliyi də çöldə satış həyata keçirən şəxslərlə maariflədnrici söhbətlər aparmalı, eyni zamanda bazarın içərsində normal tələblərə cavab verən yerlər yaratmalı və onu alış-veriş edən insanlara təklif etməlidir.
Tədbirdə iştirak edən icra hakimiyyəti yanında İctimai Şurasının üzvüləri -əməkdar jurnalist Fərman Nəbiyev, EL və Kanal S televizyalarının aparıcısı İnqilab Şirinli,mərkəzi bazarın və “Azərkabel” zavodunun qarşısında yaradılmış utancverci və antisanitar  vəziyyətlə bağlı kəskin tənqidi fikirlərini səsləndiriblər. İnqilab Şirinli bildirib ki, insanlarımızın sağlamlığı təhlükə qarşısındadır.Bu çox ciddi qanun pozuntusudur. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının qanununa qarşı hörmətsizlikdir. Bu istiqamətdə Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti sıfra bərabərdir. Biz televizya olaraq əhalinin məlumatlandırılması baxımından bazar rəhbələrinə və digər müvafiq qurumların rəsmilərinə efir imkanı yaratmağa hazırıq.
“Kanal32″nin və “Azərbaycan Bələdiyyəsi” nin xüsusi müxbiri İxtiyar Həsənli də mövcud vəziyyətlə bağlı irad və təkliflərini dilə gəririb.
Sonda qeyd olunub ki, yaxın günlərdə icra hakimiyyətinin işçi qrupu, polis şöbəsinin əməkdaşları və ictimaiyyət nümayəndlərinin iştirakı ilə bazara baxış keçiriləcək və mərhələli şəkildə problemin tam həlli istiqamətində real addımlar atılacaq.
Esmira Hidayətova,
Mingəçevir
Kanal32.az