Mingəçevir bələdiyyəsi yeni layihənin icrasına başlayıb-FOTO

Mingəçevir bələdiyyəsi şəhərin H.Əliyev prospektində,bələdiyyənin inzibati binasının yaxınlığında yerləşən xiyabanda yenidənqurma,bərpa və abadlıq işlərinə başlayıb.

Bu barədə “Kanal32”nin  müxbrinə Mingəçevir bələdiyyəsinin sosial və iqtisadi inkişaf şöbəsinin müdiri Zahid Qasımlı geniş məlumat verib. O bildirib ki,xiyabanda yeni yaşıllıq,güllük zolaqlar salınacaq.Yolun hər iki tərəfində ot örtüyüolacaq,uşaq və böyüklərin istifadəsi üçün əyləncə güşələri yaradılacaq.

Bundan əlavə yenilənən xiyabanda dekarativ ot örtüyü olan xüsusi heykəllər qoyulacaq.Bu da parka əlavə gözəllik verəcək.Əvvəlkindən fərqli olaraq müxtəlif heyvan fiqurlar heykəl şəkilində yerləşdiriləcək.Parkın kənarları müxtəlif bəzkli gül kolları,dekorativ ağaclarla örtüləcək. Bir sözlə, mingəçevirliləri qarşıdan gələn şəhərimizin yeni ad gününə surpiriz həddiyə olacaq.

   

Esmira Hidayətova