Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov,Şəhər Polis şöbəsinin rəisi Ədalət Əliyev,idarə müəssisə rəhbərləri,ictimaiyyət nümayəndələri yeni avtomobillərə baxış keçiriblər.
Başçı qeyd edib ki, Mingəçevirdə son illər böyük tikinti-quruculuq və abadlıq işləri aparılır. Bu işlərin bəzilərini həyata keçirmək üçün texnikanın olmamasından çətinlik çəkilirdi.
Bildirib ki, Prezident İlham Əliyev şəhərdə görülən bu işlərə yüksək qiymət verir. Daha sonra kommunal təyinatlı yeni alınan texnikanın funksiyaları barədə məlumat verilib.
Bu texnikaların şəhərə gətirilməsində Mingəçevir şəhər Mənzil Təsərrüfatı İstehsal Birliyinin rəisi Şəhriyar Mustafayevin böyük əməyi olduğuda diqqətə çatdırılıb.
Texnikalara baxış zamanı ictimaiyyət nümayəndələri sürətlə inkişaf edən Mingəçevirin təmizliyi və gözəlliyi üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.
Esmira Hidayətova,
Mingəçevir