Mingəçevirli həkimdən maraqlı rəsm əsəri – FOTOLAR

Mingəçevir Dəri zöhrəvi xəstəliklər dispanserinin Baş həkimi Əfqan Abdullayevin şair-dramaturq Vaqif Səmədoğlunun sulu boya ilə çəkdiyi portreti şairin xarakterik cizgilərini özündə ehtiva edib.

Kanal32.az QHT.az-a istinadla xəbər verir ki, həkim Əfqan Abdullayevin bu rəsm əsəri şairin yaradıcılığına olan sevgisinin ifadəsidir. Xatırladaq ki, Vaqif Səmədoğlu özü də rəsm əsərləri və foto çəkməyi xoşlayırdı.