Riyaziyyat elə bir elmdir ki, hər bir insan gündəlik həyatda, əməli fəaliyyətdə onunla qarşılaşır. Müasir texniki tərəqqi dövründə ixtisas sahələrinin çoxu riyaziyyatla bağlıdır. Odur ki, həm ölkəmizin, həm də inkişaf etmiş dövlətlərin təhsil sistemində riyaziyyatın öyrənilməsinə xüsusi diqqət yetirilir. O, zehni inkişafı, məntiqi təfəkkürü formalaşdıran bir vasitədir. Yeri gəlmişkən qeyd edək ki, məktəblərdə sinifdənxaric işlər və məktəbdənkənar tədbirlər tam orta təhsilin tərkib hissəsi olub, fənlərin daha dərindən və məzmunlu öyrənilməsinə, şagirdlərin dünyagörüşünün və yaradıcı qabiliyyətlərinin inkişafına xidmət edən fəaliyyət növləridir desək yanılmarıq.
Mingəçevir İ.Qayıbov adına 10 nömrəli tam orta məktəbdə riyaziyyat həftəsi keçirilib. Bu gün keçirilən riyaziyyat həftəsinin bağlanış tədbiri maraqlı anlarla yaddaşlara həkk olunub.
Tədbirdən öncə himnimiz səsləndirilib,daha sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Məktəbin riyaziyyat müəllimi və tədbirin təşkilatçısı Mehparə Umudovanın şagirdlərlə birgə hazırladığı maraqlı tədbirə start verilib.
Şagirdlərin ifasında şəhidlərimizə aid şeirlər,mahnılar səslənib Ardınca məktəblilərin təqdimatında şəhidlərə həsr edilmiş kiçik səhnəciklər nümayiş olunub. Həmçinin şagirdlərlə maraqlı viktorinalar keçirilib,sual cavablar olunub və fərqlənən şagirdlərə kiçik hədiyyələr təqdim olunub.
Tədbirdə məktəbin direktoru Yeganə Kərimova çıxış edərək bildirib ki,riyaziyyat müəllimləri həftənin maraqlı tədbirlə yekunlaşdırdılar:”Bildirim ki,riyaziyyat həftəmiz Zenfira müəllimənin açıq dərsi ilə başlamışdır. Məktəbimizdə keçirilən tədbirlərin bir mühim vəzifəsi də şagirdləri milli vətənpərvərlik ruhunda tərbiyə etmək, onlara milli dəyərlərimizi öyrənməyi və qorumağı aşılamaqdır. Məktəbimizdə Vətənimiz, milli qəhrəmanlarımız haqqında daim disputlar, məktəbimizin məzunları olan şəhidlərin ailələri ilə də görüşlər keçirilir.Bu günkü tədbirimiz tək riyaziyyat elminə ail olmadı.Onlar həm də Novruz bayramı münasibəti ilə də öz hazırladıqları kiçik səhnəçikləri də nümayiş etdirdilər. Ümumiyyətlə biz bu gün burada bu tədbirləri keçirə biliriksə deməli biz şəhidlərimizə borcluyuq. Ona görə də biz heç vaxt şəhidlərimizi unutmuruq,unutdurmuruq”. Sonda şagirdlərin əl işlərindən ibarət sərgiyə də baxış keçirilib.
Tədbir şagirdlərin şən rəqsləri ilə başa çatıb.
Esmira Hidayətova,
Mingəçevir