Mingəçevir məktəblisi 20 Yanvar faciəsini belə andı-FOTO

Mingəçevir şəhər R.Mirabov adına 7 №-li tam orta məktəbin  7c sinif şagirdi Əbdürrəhim Davud Ümumxalq Hüzn Günü ərəfəsində Qanlı yanvar faciəsi ilə bağlı simvoliq yazısını “Kanal32”nin redaksiyasına göndərib.Və 20 Yanvar hadisəsinə öz münasibətini belə ifadə edib.

Əbdürrəhim Davud yazır:

Azadlıq eşqiylə tutuşan bir xalqın -HƏMRƏYLİK GÜNÜ…Yüz illərdir rus işğalında olan xalqımız, məhz o gün tək səs, tək yumruq olaraq zalıma və zülmə DUR dedi.Xalqımız bir millət olaraq əbədi hür və azadlıq yolunda tarix səhifəsinə öz imzasını atdı.

Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram!

Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram! (Xəlil Rza Ulutürk)

İnsan söz olaraq nisyandan alınmış, unutmaq adətdir.Bəzi anları unutmaq faydalı olsa da,belə bir günün unutmaq, düşməni unutmaqdan daha dəhşətlidir. Ona görə də,xalqımızın gələcəyi olan nəsillər-bizlər atalarımızın qanıya yazdığı bu ŞANLI TARİXİ yaşamalı,yaşatmalı və unudulmasına,unutdurulmasına əsla imkan verməməliyik.

Unudub dostunu sirr verən yada,

Axırda ömrünü tez verer bada.

Mərd igidlər ta ölüncə dünyada,

Dostunu düşmənə satmayacaqdır.(Xırdı Məmməd)

Azadlıq hər bir xalqın arzusu, istəyi olsa da,hər xalqın əldə edə biləcəyi bir hünər deyildir. Azadlıq ancaq qanıyla alıb, canıyla qoruyanlarındır.

Əbdürrəhim Davud,

Mingəçevir şəhər R.Mirabov adına 7 №-li tam orta məktəbin  7c sinif şagirdi

 

Kanal32.az