Milli Məclisin deputatı İlham Məmmədov Yevlaxda Vətən müharibəsi qazisini və seçiciləri qəbul edib.
Kanal32.az-ın məlumatına görə, qazi ilə görüş zamanı Millət vəkili İlham Məmmədov bildirib ki,Ali Baş komandanın rəhbərliyi ilə bu torpağın uğrunda canlarını, sağlamlıqlarını düşünmədən fəda edən, 30 illik həsrət son qoyaraq torpağlarımızı mənfur düşməndən azad edən qəhrəman əsgərlərimizin, şəhid və qazilərimizin valideynləri qarşısında baş əyirik və belə qəhrəman övladları böyüdən valdeyinlərə minnətdarıq.Dövlətimiz hər zaman sizlərin yanındadır.
Həmçinin, görüşdə vətəndaşları narahat edən problemlər dinlənilib və həlli istiqamətində müvafiq qurumlara müraciətlər edilib.
Kanal32.az