“Dövlət təhlükəsizliyi orqanlarının əməkdaşları üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər”.
Əziz və dəyərli Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları!
Xalqa və dövlətə sədaqətlə xidmət edən, milli maraqların və mənafelərin keşiyində layiqincə dayanan, Azərbaycanın təhlükəsizliyi əleyhinə yönəlmiş təhdidlərin, müxtəlif cinayətkar qəsdlərin qarşısının alınmasında əzmkarlıq nümayiş etdirən milli təhlükəsizlik orqanlarının yaranmasının 103-cü ildönümü tamam olur. Ölkəmizdə sabitliyin, qanunçuluğun, hüquq qaydalarının təminatında özünəməxsus rolu və yeri olan bu strukturun bütün əməkdaşlarını bu münasibətilə təbrik edir, çətin və şərəfli işlərində uğurlar arzulayıram.