Bu gün Azərbaycan qadınının milli xüsusiyyətlərini özündə daşımaqla bərabər, çağdaş mədəniyyətin də çağırışlarını da cavabsız qoymayan Mehriban Əliyeva göstərdiyi əzm, iradə, qərarlılıq və həssaslıqla gənc nəsillər üçün örnək təşkil edir. Həyatı boyu sahib olduğu dəyərləri özünə rəhbər tutaraq, bu gün özünü xalq qarşısında böyük təvazökarlıqla “sizin Mehriban” adlandıran birinci vitse-prezident, heç şübhəsiz ki, bundan sonra həmin dəyərlərin təcəssümü kimi Azərbaycan qadınına, onun cəmiyyətdə, dövlət idarəetməsində, mədəniyyət, idman və bütün digər sahələrdə layiqli yer tutmasına da nümunə olacaq, öz təcrübələri ilə bu yola işıq tutacaq.
“Kanal32” ailəsi olaraq Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, Azərbaycanın işıqlı gələcəyi uğrunda yorulmaz fəaliyyətində uğurlar arzu edirik!