Mehparə Kazımova: Hemofilik artropatiyalar tez-tez səhvən revmatoloji sayılır

Mehparə Kazımova: Hemofilik Artropatiyalar tez-tez səhvən revmatoloji sayılır.

Revmatoloji Kongresi: “Hər artropatiya revmatoloji deyil”

– Hemofilik artropatiyaların müasir yanaşmalarla müalicəsi müzakirə olunub.

Bu gün keçirilən Azərbaycan Milli Revmatoloji Kongresi çərçivəsində hemofilik artropatiyaların diaqnostika və müalicə strategiyalarına həsr edilmiş elmi sessiya böyük marağa səbəb olub. Sessiyada çıxış edən tibb üzrə fəlsəfə doktoru Mehparə Kazımova hemofilik artropatiyaların revmatoloji xəstəliklərlə tez-tez qarışdırıldığını vurğulayaraq bunun klinik praktikada yanlış yönləndirmələrə gətirib çıxara bildiyini diqqətə çatdırıb.

“Hər artropatiya revmatoloji deyil” mövzulu çıxışında dr. Mehparə Kazımova hemofiliya fonunda yaranan oynaq zədələnmələrinin patogenezi, kliniki gedişi və erkən müdaxilənin əhəmiyyəti haqqında geniş məlumat verib. O, xüsusilə multidissiplinar yanaşmanın vacibliyini qeyd edərək hematoloq, revmatoloq və fizioterapevt əməkdaşlığının xəstənin həyat keyfiyyətinə ciddi təsir göstərdiyini bildirib.

Mühazirədə aşağıdakı məqamlar diqqətə çatdırılıb: Hemofilik artropatiyaların revmatik xəstəliklərlə oxşar simptomları diaqnostik çətinlik yaradır. Erkən görüntüləmə metodları (USM, MRT) və laborator göstəricilər düzgün ayırıcı diaqnoz üçün həlledicidir. Profilaktik faktor əvəzetmə terapiyası və hədəfli müalicə yanaşmaları oynaq destruksiyasının qarşısını alır .Reabilitasiya və düzgün fiziki aktivlik proqramı uzunmüddətli nəticələrin yaxşılaşmasında əsas rol oynayı.

Azərbaycan Milli Revmatoloji Kongresi ölkədə revmatologiya və əlaqəli ixtisaslar üzrə bilik və təcrübə mübadiləsinə mühüm töhfə verməkdə davam edir. Bu sessiya da hemofiliya ilə yaşayan şəxslərin daha düzgün diaqnostika və müalicəyə çıxışının yaxşılaşdırılması məqsədinə xidmət edib

/subyekt.az/