Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Beynəlxalq Proqramlar Departamentinin rəhbəri Mehman Kərimov vəfat edib.
KANAL32.az xəbər verir ki, o, bu gün səhər saatlarında dünyasını dəyişib.Bildirilib ki, M.Kərimov uzun müddət ağır xəstəlikdən əziyyət çəkib.
Qeyd edək ki, əslən Mingəçevir şəhərindən olan Mehman Kərimov uzun illər QHT sektorunda müxtəlif vəzifələrdə işləyib və 2022-ci ildən bu vəzifədə çalışırdı. MOK-da marketinq direktoru kimi fəaliyyətinə isə 2010-cu ilin aprelində başlamışdı.