“Mediada nifrət nitqinin qarşısının alınması” mövzusunda  təlimlər keçirilib-FOTO

“Azərbaycanda Gender Bərabərliyi və Digər Etik  Standartların Təşviqi layihəsi” çərçivəsində 23-24 mart tarixlərində Mingəçevirdə “Mediada nifrət nitqinin qarşısının alınması” mövzusunda  təlimlər keçirilib.

Kanal32.az-a verilən məlumata görə,Avropa şurasının Azərbaycandakı nümayəndiliyi tərəfindən həyata keçirilən və iki gün davam edən təlimlər mütəxəssis Emin Hüseynzadə tərəfindən aparılıb. Təlimin birinci günü iştirakçılar Nifrət nitqi, söz azadlığı, ifadələr haqqında ətraflı məlumatlar əldə edib. İkinci gün isə təkanverici və cəlbedici faktorlar, radikallığın pillələri, nifrət mətnləri və saxta məlumatların dostluğu, mübarizə aparmağın yolları, cərimələr, cəza tətbiqləri və qaydaları haqqında medyada gündəmdə olan mövzuların təhlilində iştirak ediblər.

Gənc jurnalistlər şəxsin və ya qrupun dini, etnik, milli, cinsi mənsubiyyətinə əsaslanaraq ayrı-seçkilik yaradan şifahi, yazılı və ya davranış kommunikasiya toplusunu araşdırıb, ekstremizmə təkanverici amillər haqqında biliklər əldə ediblər.

Təlimdə Sosial, iqtisadi, siyasi problemlər və təcrid olunma, Alçaldılma və travmalar, özünə hörmətin itməsi, məqsədə malik olma hissinə və kimliyə ehtiyac, üstünlük hissi, struktur və qaydalara ehtiyac hissi, çəkicilik faktorları haqqında maraqlı diskusiyalar aparılıb.

Təlimlər iştirakçıların böyük marağına səbəb olub. Mövzular ətrafında maraqlı diskusiyalar aparılıb, yaranan suallara təlimçi Emin Hüseynzadə tərəfindən aydınlıq gətirilib.

Qeyd edək ki, təlimlərə şəhər medya nümayəndələri ilə yanaşı, ətraf rayonlarda fəaliyyət göstərən jurnalistlərdə cəlb olunub.

Kanal32.az