MDU-nun rektorundan bayram təbriki

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun Novruz və Ramazan bayramları münasibətilə müəllim-tələbə heyətini, həmçinin Mingəçevir sakinlərini təbrik edib.

Kanal32.az təbrikin mətnini təqdim edir:

Əziz həmkarlar, dəyərli tələbə və magistrantlar, məzunlar, həmçinin çox hörmətli mingəçevirlilər!

Sizi müqəddəs Ramazan və Novruz bayramları münasibətilə ürəkdən təbrik edirəm.

Ramazan bayramı bizə mərhəməti, paylaşmağı və bir-birimizə dəstək olmağı xatırladır. Novruz isə yenilənmənin, ümidin və yeni başlanğıcların rəmzidir. Bu gözəl günlər insanları bir araya gətirən, cəmiyyətimizdə birlik və həmrəyliyi daha da gücləndirən dəyərləri özündə birləşdirir.

Bu əziz günlərdə Ümummilli lider Heydər Əliyevin bizə miras qoyduğu milli-mənəvi dəyərlərə sadiqlik, birlik və dövlətçilik ənənələri xüsusi əhəmiyyət kəsb edir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunmuş tarixi Zəfər xalqımızın qürur mənbəyidir və bu gün ölkəmizin inkişafına, sabitliyinə və gələcəyə inamla irəliləməsinə güc verir.

Bu bayram günləri bizi milli-mənəvi dəyərlərimizə daha da yaxınlaşdırır, cəmiyyətimizdə həmrəyliyi və qarşılıqlı hörməti gücləndirir. İnanıram ki, bu dəyərlər üzərində qurulan güclü cəmiyyət dövlətimizin davamlı inkişafına və daha firavan gələcəyin qurulmasına mühüm töhfə verir.

Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizi dərin ehtiramla yad edir, qazilərimizə və müharibə veteranlarına Allahdan şəfa diləyərək minnətdarlığımı bildirirəm.

Arzu edirəm ki, Novruzun yenilənmə ruhu, Ramazanın mənəvi işığı hər bir ocağa sevinc, ruzi-bərəkət, firavanlıq və xoşbəxtlik gətirsin.

Bayramınız mübarək olsun!

#NovruzBayramı #RamazanBayramı
#RektorAnarEminov
#MDU #MingəçevirDövlətUniversiteti