MDU-da imtahanlarla bağlı yenilik -FOTOLAR

Mingəçevir Dövlət Universitetində (MDU) ilk dəfə imtahanlar mərkəzləşdirilmiş qaydada aparılır.
Mingəçevir Dövlət Universitetində (MDU) 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb. Bu gün MDU-nun İctimai Nəzarət Şurasının üzvləri imtahan prosesini izləyiblər.
Universitet tarixində ilk dəfə mərkəzləşdirilmiş qaydada aparılan imtahanlarla bağlı .
MDU-nun rektoru Anar Eminov bildirib ki,məqsədimiz tələbə yönümlü tədris sisteminə yönəlik obyektiv və şəffaf keçirilməsidir. Rektor,həmçinin bildirib ki,imtahan prosesində hər hansı bir sıxıntı yaşansa bunun üçün yaradılmış imkanlardan tələbələr istifadə edə bilərlər. O da nəzərə çatdırıldı ki, imtahanlarda fərqli nəticə göstərən tələbələrə əlavə təqaüdlərin verilməsi nəzərdə tutulub.
Şuranın üzvləri MDU-da ilk dəfə mərkəzləşdirilmiş qaydada aparılan imtahan prosesininin gedişatı ilə əyani tanışlıqdan məmnun qaldıqlarını ifadə ediblər.
Səmimi söhbət əsnasında Universitetin rektoru Anar Eminov İctimai Nəzarət Şurasının üzvlərinə MDU-nun fəaliyyətində yaxından iştirak etdiklərinə görə təşəkkürünü bildirib. Rektorla maraqlı söhbət zamanı universitetin fəaliyyət istiqamətləri, idarəetmədə şəffaflığın artırılması,yeniliklərdən və ictimai hesabatlılığın təmin olunması istiqamətində görülən işlər də müzakirə edilib.


Anar Eminov Mingəçevirlə bağlı öz fikirlərini də bölüşüb. Qeyd edib ki, icra başçısı İlham İsmayılovun, böyük əməyi nəticəsində Mingəçevir şəhəri gündən-günə gözəlləşir, abadlaşır. Bir şəhər rəhbəri kimi hər bir sahəyə diqqət yetirdiyi kimi təhsilə də çox böyük önəm verir.Hər an təhsilin yanında olduğunu hiss edirik.
Sonda onu da qeyd edək ki, MDU-da imtahan sessiyası cari ilin 2 iyun tarixində başlayıb və 4 iyuladək davam edəcək.

Esmira Hidayətova,Mingəçevir.