Tanınmış şair Dəmir Gədəbəylinin həyat yoldaşı Rüxsarə Novruzova nazir Vilayət Eyvazova məktub ünvanlayıb.
Kanal32.az saytı həmin müraciəti olduğu kimi təqdim edir:
Daxili İşlər Naziri cənab Vilayət Eyvazova!
Hörmətli cənab nazir!
Yazıb bildirirəm ki ,11.02.25-ci il tarixində təqaüd kartımdan 751manat oğurlandı.Kapital banka müraciət etdim , polisə müraciət edin , dedilər.Müraciət etmək istəmədim , fikirləşdim ki , tapılan deyil , boş yerə süründürməçilik olacaq , ancaq təkid etdilər, mütləq polisə müraciət et , dedilər.Pulu Nəsimi rayonu 19 saylı polis bölməsinin ərazisindəki bankomatdan çəkmişdilər , ora müraciət etdim . Polis işçiləri əməliyyata başladılar. Bankomatın kamerasına baxış keçirərək , pulu çəkəni müəyyənləşdirdilər və axtarışa başladılar.14 fevralda polis zəng edərək dedi ki , 17fevralda saat 10.00 da Nəsimi Rayon Polis idarəsində olun. Bu gün getdim , kartımdan çıxarılmış 751manatı mənə qaytardılar.
Pul ilə bərabər polisə olan inamı qaytardıqları üçün cənab nazir sizə , Nəsimi Rayon Polis idarəsinin əməkdaşlarına öz təşəkkür və minnətdarlığımı bildirirəm .
Kanal32.az