Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinə rəis təyin olunub-FOTO

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinə rəis təyinatı olub.

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin regional idarələrinin yaradılması haqqında 10 dekabr 2022-ci il tarixdə müvafiq sərəncam imzalayıb. Həmin sərəncamdan irəli gələrək 12 regional idarənin yaradılması rəsmiləşib. Artıq həmin idarələrin sturukturları təsdiqlənib və idarə rəislərinin təyinatına başlanılıb.

Kanal32.az xəbər verir ki,Mərkəzi Mingəçevir şəhəri olmaqla, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayon gənclər və idman idarələrinin əsasında yaradılan Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinə rəisi müəyyənləşib.

Belə ki, nazirin müvafiq əmri ilə Azad Gözəlov Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinə rəisi təyin edilib.

Qeyd edək ki, Azzad Gözəlov bu təyinata qədər Ağdaş rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışıb. O, ictimaiyyət arasında aktiv və bacarıqlı şəxs kimi tanınır.

Kanal32.az