İyulun 26-da Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illiyi tamam olur.
Ölkəmizdə gənclər siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcək qurucuları adlandırır, onların imkan və bacarıqlarını yüksək qiymətləndirirdi.
Kanal32.az-ın məlumatına görə bu münasibətlə MƏRKƏZİ ARAN REGİONAL GƏNCLƏR VƏ İDMAN İDARƏSİ və Kür Olimpiya Tədris İdman Mərkəzində birgə tədbir keçirilib.
İştirakçılar əvvəlcə ulu öndərin abidəsi ziyarət olunub.
Daha sonra Kür Olimpiya Tədris İdman Mərkəzində tədbir davam edib. Regional idarənin rəisi Azad Gözəlov çıxış edərək yubley münasibəti ilə təbriklərini çatdırıb.Rəis,eyni zamanda idman sahəsindəki uğurlardan da danışıb. Bildirib ki,respublikanın hər yerində yubley münasibəti ilə keçirilən tədbir məhz regionumuzda da bu münasibətlə silsilə tədbirlər həyata keçirilib. İdarə rəisi gənclərin idman sahəsindəki qazandıqları uğurlardan danışaraq qeyd edib ki,hal-hazırda gənclərə yaradılan şərait bunu deməyə əsas verir ki,30 il ərzində çəkilən əziyyət daha böyük zirvələrə yol açıb.
Azad Gözəlov onu da vurğulayıb ki,bu gün Azərbaycan gənclərinin səsi dünya dövlətlərindən,arenasından gəlir: “ Regional idarələr yarandıqdan sonra da bu uğurlar daha da artıdı. Belə ki, Mərkəzi Aran Regional İdarə olaraq bir şəhər və 6 rayon olmaqla 7 bölgəni əhatə edirik. Ərazimizdə 6 Gənclər evi,4 Olimpiya İdman Kompleksi,3 Uşaq İdman məktəbi fəaliyyət göstərir.Bütün bunların fəaliyyət göstərməsi region üzrə gənclər və idman siyasətnin yüksək səviyyədə keçirilməsindən xəbər verir.Gənclərimiz respublika səviyyəli yarışlarda ,beynəlxalq yarşılarda sərbəst şəkildə iştirak edirlər.Region gənclərinin idmana marağı çox böyükdür.
İdarə rəisi onu da bildirib ki,regionumuz idmanın kütləviliyinə nail olmaq üçün müxtəlif kütləvi tədbirlər həyata keçirir.Məsələn, Mingəçevir şəhərində Avarçəkmə idman oyunları çox geniş yayılıb. Yevlax şəhərində gənclərimiz möhtəşəm idman kompleksi inşa olunur. Yaxın gələcəkdə gənclərimizin istifadəsinə veriləcək.
Esmira Hidayətova