Mingəçevir Təbiət-Riyaziyat və Humanitar Elmlər Təmayüllü Lisey musiqili tədbir keçirib.
Ulu əcdadlarımızın uzun illər boyu göz bəbəyi kimi qoruyaraq bizə, bugünkü nəsillərə ərməğan etdikləri Mingəçevir şəhəri hazırda özünün gözəlliyi ilə dünyanın bir çox şəhərləri ilə yanaşı durur. Bu gün belə demək mümkünsə, Mingəçevir inkişafının elə bir tarixi məqamına gəlib çatıb ki, bu inkişaf şəhərimizə yolu düşən hər kəsi heyran qoyur. Gələcəkdə daha gözəl olması üçün indiki nail olduğu etapı keçməkdədir. Gözəl və gözəlliklər şəhəridi Mingəçevir,nurlu və nur paylayan şəhər bu günlərdə özünün 75 illik yubleyini qeyd edəcək. Belə demək mümkünsə Mingəçevir bayramlar ərəfəsindədir. Bu bayramları qeyd etmək üçün şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun tədbirlər planına uyğun olaraq şəhərdə silsilə tədbirlər davam edir. Bu tədbirlər şəhərin təhsil ocaqlarında ,idarə müəssisə və təşkilatlarda qeyd edilir. Belə tədbirlərdən biri də Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Lisey 75 illik yubley və Zəfər günü münasibəti ilə “Mənim könlüm deyir ki…”adlı musiqili-əyləncəli tədbiri oldu.
Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov,MDU rektoru,professor Şahin Bayramov,YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev,Mingəçevir təhsil sektorunun müdiri Sevinc Həsənova,sektorun nümayəndələri,UGİM direktoru Ədalət Quliyeva, AHİ Mingəçevir şəhər Komitəsinin sədri Həqiqət Şahmuradova və liseyin müəllim kollektivi iştirak edib.
Tədbir Dövlət himninin səslənməsi ilə başladı. Şəhidlərin ruhu yad edilib.Daha sonra tədbiri açıq elan edən liseyin direktoru Aidə İsmayılova bu günlərdə ad gününü qeyd edəcəyimiz şəhər haqqında danışıb.Qeyd edib ki,gün-gündən gözəlləşən nur şəhəri hər bir mingəçevirlinin sevdiyi bir şəhərdir:”Bəli,şəhərimiz günü-gündən imkişaf etməkdə davam edir. Ad günün mübarək,işıqlı şəhərim!
Tədbirdə təbrik üçün icra başçısı İlham İsmayılov,MDU rektoru Şahin Bayramov , sektor müdiri Sevinc Həsənova, YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev çıxış edərək öz ürək sözlərini tədbir iştirakçılarına çatdırıblar.
Onu da qeyd edək ki,tədbir əyləncəli dəqiqələrlə davam edib.Müəllimlərə maraqlı suallar ünvanlanıb.Şəhərimizə əcnəbi qonaqlar təşrif buyurub,ilk olaraq qonaqlara şəhərimizin hansı məkanının və güşəsini təqdim edərsiniz sualına çox maraqlı cavablar gəlib. Bu arada əcnəbi qonaq da (liseyin müəllimi) tədbirə təşrif buyurub. Tədbirdə sürpriz videoçarx nümayiş olunub.Beləliklə tədbir xoş anlarla yaddaşlara həkk olunub.
Sonda onu da qeyd edək ki,liseyin direktoru Aidə İsmayılovanın liseyə rəhbərliyinin də 10 ili tamam olur.
Esmira Hidayətova,
Mingəçevir