“Ailələrə Sosial Dayaq” İB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinın maliyyə dəstəyi ilə Mingəçevirdə yaşayan Şəhid və Qazi övladlarının psixoloji, sosial və mənəvi problemlerinin həllinə dəstək layihəyəsinin icrası sona çatıb.
Kanal32.az-a verilən məlumata görə, layihənin “Mən güclüyəm” adlı son tədbiri təşkil olunub. İştirakçılar komanda oyunlarında bir-birləri ilə yarışıblar. Sonda hər iki komandanın iştirakçıları sertifikat və kiçik hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki,layihənin əsas məqsədi Mingəçevirdə yaşayan şəhid və qazi övladları ilə tədbirlər təşkili, onların asudə vaxtlarının daha səmərəli keçirmələri, sosiallaşmaları üçün onlara yardımçı olmaq, onların mövcud psixoloji ,sosial və mənəvi problemlerinin araşdırılması və müvafiq dəstəklərin göstərilməsi ilə bağlıdır.