Məişət zorakılığı: Qanunvericilik və reallıq-VİDEO

Növbəti videomuzda vəkil Rövşanə Rəhimli ilə məişət zorakılığı ilə bağlı qanunvericilik və real vəziyyət haqqında söhbət etmişik.

Vəkil deyir ki, məişət zorakılığı ilə bağlı aidiyyatı qurumlar, xüsusilə də polis əməkdaşları qanundan xəbərsizdirlər və onlar bu sahədə xüsusi təlimlər keçməlidirlər. Bu məsələ ilə bağlı ən problemli mövzulardan biri də mühafizə orderinin verilməsidir.

“Mühafizə orderinin verilməsində bürokratik əngəllər varsa, onda bu qanunun heç bir əhəmiyyəti qalmır, zərəçəkən şəxsin təhlükəsizliyini sual altında qoyur. Qanunla 5 gün müddətində araşdırılmalı və 24 saat ərzində verilməli olan qısamüddətli mühafizə orderini biz aylarla ala bilmirik.”

Rövşanə Rəhimli sonda vurğuladı ki, məişət zorakılığı ilə bağlı ən birinci atılmalı olan addım İstanbul Konvensiyasını ratifikasiya etməkdir. Vəkil qeyd edir ki, bu konvensiya çox əhatəli yazılmış bir beynəlxalq sənəddir və orada məişət zorakılığının qarşısının alınması ilə bağlı bütün problemli hallar və onların həll yolları öz əksini tapıb.

/əkinçi.org/