Qahirə, 9 noyabr, AZƏRTAC
Azərbaycanın Küveytdəki səfirliyinin dəstəyi ilə bu ölkədə ingilis və ərəb dillərində nəşr olunan nüfuzlu “Times” qəzetində 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın dövlət müstəqilliyi, dövlət bayrağının qəbul olunması, onun rənglərinin mənaları, üçrəngli bayrağımızın xalqımızın tarixində, onun mənəvi dəyərlərində və kimliyində mühüm rolundan bəhs edilir. Qeyd olunur ki, Şərqdə ilk dünyəvi demokratik dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bayraq indi işğaldan azad olunmuş ərazilərdə dalğalanır. Hər bir Azərbaycan vətəndaşı möhtəşəm Qələbə və bayrağımızla qürur duyur. O, həmçinin müstəqilliyimizin və azadlığımızın rəmzidir, əbədi olaraq millətimizin imzasını bütün dünyada təsdiq edəcək.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə