Kürdəmir Seçki Dairəsində nə baş verib?-FAKTLAR+VİDEO

Kürdəmirdə “stəkanda fırtına” yaratmaq istəyənlərin məqsədi nədir?

 Ötən gün bəzi sosial şəbəkə hesablarında və bir saytda qarşımıza diqqətçəkən bir məlumat çıxdı. İnformasiyada bildirilirdi ki, keçmiş deputat, ləğv olunmuş “Debüt Bank”-ın sabıq sədri Fərhad Qəribovun oğlu Rəşad Qəribov Kürdəmirdə qalmaqal yaradıb.Guya ki, namizədliyini irəli sürən Rəşad Qəribovun adamları 62 saylı seçki dairəsi ətrafına toplaşaraq səs-küy salıblar. Görəsən,bu informasiyanı yayanlar  o “300 nəfər”in, həmçinin əraziyə gələn polislərin video və ya fotosunu niyə ictimaiyyətə təqdim etməyiblər?

 Həqiqətənmi belə hadisə olub?Əslində Kürdəmir Seçki Dairəsində nə baş verib?

“Kanal32 olaraq aktiv seçki mərhələsinin olmasını nəzərə alaraq bu hadisəni araşdırmaq qərarına gəldik. Şahidlərin və DSK-nın adını çəkilməsini istəməyən iki üzvünün və orada olmuş bir neçə rayon sakinin dediklərinə görə yayılan informasiya həqiqəti əks etdirmir. DSK ətrafında heç bir kütləvi toplaşma halı olmayıb.Əraziyə heç vaxt polis gəlməyib. Sadəcə namizədliyini irəli sürmək istəyən Rəşad Qəribovun namizdə olmasına təşbbüs göstərən bir neçə nəfərlə seçki dairəsinə gəlib və müvafiq qaydada sənədlərini təqdim etmək istəyib.Sadəcə həmin ərəfə iş çox olub və sədr Əbülfət Mikayılovun səhhəti ilə bağlı(?) orada olmayıb.O baxımdan sənəd qəbulunda ləngimə baş verib.

Əldə etdiyimiz digər məlumata görə DSK sədrinin xəstəliyi sadəcə bəhanədir. O kənar qüvvələrin tapşırığı ilə məqsədli şəkildə namizdəliyini irəli sürən Rəşad Qəriobova süni manelər yaradır. Onun sənədlərini ləngitməklə vaxtı maksimum darlaşdırır ki,o son anda imzaları toplaya bilməsin. Əgər belə olmasa idi,indiyə qədər imza vərəqələrini namizədə verərdilər. DSK sədri dolayısı ilə “bitərəf” namizdə Əminə Ağazadəyə rahat yol açır.

    Apardımız araşdıma zamanı Kürdəmir sakinlərindən bir neçə ilginc məlumat da əldə etdik. Mənbə iddia edir ki,Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini Ağali Kərimli indidən seçki prosesinə müdaxilə etməyə başlayıb. O əlindəki inzibati resurslar vasitəsi ilə “bitərəf” namizəd Əminə Ağazadəyə dəstək göstərməyə başlayıb. Bu o Əminə Ağazadədir ki, 2020-ci ildə Kürdəmirdəki biabırçı seçkilərlə yadda qalan ötən 5 ildə 62 saylı dairə üzrə Kürdəmirin deputatı olub. Sabiq Baş prokuror Zakir Qaralovun sevimli kadrı kimi onun xeyir-duası ilə “seçilən” Əminə xanımı bu günə kimi kürdəmirlilərin 90 fazi tanımır.O da Milli Məclisdəki “lal deputat”lardan sayılır.

      Başqa bir diqqətçəkən informasiyada isə iddia edilir ki, İHB-nın müavini Ağali Kərimlinin üzdə iş xatirinə gənc icra başçısı Elxan İbrahimovu qəbul etsə də, arxada onun haqqında heç də yaxşı danışmır,onu dünənki uşaq adlandırır.Hətta bir az da qabağa gedərək dostlarının yanında deyir ki, mən olmasam Kürdəmir batar(Müavin Ağali Kərimli haqqında o qədər maraqlı informasiyalar əldə etmişik ki, onunla bağlı ayrıca yazı təqdim edəcəyik).

    Bütün bunların fonunda gəlinən qənaət ondan ibarətdir ki, bu dezinformasiyanı yayanlar məqsədli şəkildə ölkəmizdə keçiriləcək parlament seçkilərinə kölgə salmağa çalışırlar. Onlar həm daxildə, həm də xaricdə dövlətimiz və qanunlarımız adına ləkə vururlar. Bu qəbildən olan informasiyalarının yayılmasında maraqlı olan həm bəzi vəzifəli şəxslər, həm də digər qüvvələr qanun qarşısında məsuliyyətlərini dərk etməli və cavab verməlidirlər. Çünki ölkə başçımız cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanda demokratik seçki mühiti var və hər birimiz vətəndaş olaraq bu və ya digər formada sözügedən prosesin iştirakçısı olmayıq.Hətta cənab Prezident 2020-ci ildə keçirilən seçki ərəfəsində demişdir ki, bu seçkilərin məqsədi insanlara etimad göstərdikləri namizədləri seçmək üçün imkan verməkdir. Əminəm ki, seçkilər ədalətli, şəffaf keçiriləcəkdir. Azərbaycan xalqının iradəsi seçkilərdə tam şəkildə öz əksini tapacaqdır.

Deməli, heç bir vəzifəli şəxs səlahiyyətlərindən sui istifadə etməklə seçki prosesina müdaxilə etməməli, seçki prosesinə kölgə salmamalı və cənab Prezidentin dediklərini qulaqlarında sırağa etməlidir.

Yəqin ki, 2020-ci ildə keçirlən parlament seçkilərində 62 saylı Kürdəmir Seçki Dairəsində baş verən biabırçılqları Azərbaycan ictimaiyyəti unutmayıb.İnternet resusrslarında bu barədə “N” sayda informasiya var.

    Bütün səlahiyyət sahibləri bir önəmli məqamı unutmamamlıdırlar! Qalib ölkənin beynəlxaq səviyyədəki nüfuzuna,imicinə zərbə vurmaq bu dövlətə və onun rəhbərinə xəyanətdir!

 

P.S. Yayılan və ya yaydırılan məlumatın yalan olmasını təsdiq edən faktlardan sadəcə ikisi:

1.DSK tərəfindən Rəşad Qəribova hələ imza vərəqələri verilmədiyi halda,yazıblar ki, qısa müddətdə imzaları və sənədlərini DSK-ya təqdim edib, imzalarının qəbul edilməsini tələb edib.

2.Fərhad Qəribov sağ olduğu halda “mərhum sədr” yazıblar.

 

FOTOdakı yazıya diqqət!

62 saylı Kürdəmir DSK-nın 021-255-01-79 telefon nömrəsinə zəng etsək də cavab verən olmadı. Məsələ ilə bağlı adıkeçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

 

İxtiyar Həsənli

 

Kanal32.az