Krivoy Roq şəhərində Azərbaycanın Zəfər Günü ilə bağlı bilbordlar yerləşdirilib-FOTO

Ukraynanın Dnepetrovski vilayətinin Krivoy Roq şəhərində Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə, 8 Noyabr – Zəfər Günü münasibətilə bilbordlar quraşdırılıb.

Kanal32.az-ın məlumatına görə,Ukrayna Azərbaycanlıları Konqresinin Krivoy Roq şəhər təşkilatının təşəbbüsü ilə keçirilən bayram aksiyasında nümayiş etdirilən bilbordlarda “Azərbaycanın Qələbə Günü”, “Qarabağ-Azərbaycandır!” şüarları yazılıb, Zəfərimizin rəmzi “Xarıbülbül”ün və Azərbaycanın dövlət bayrağı, hərbçilərimizin şəkilləri əks olunub.

Ukrayna Azərbaycanlıları Konqresinin Krivoy Roq şəhər təşkilatının sədri Rəmzi Rzayev bildirib ki, Zəfər Günü ilə bağlı şəhərin mərkəzi hissələrində 4 bilbord yerləşdirilib. Bilbordlar bir ay müddətdə nümayiş olunacaq.

Kanal32.az