Keçmiş mühafizəçisi Heydər Əlieyevə olunan sui-qəsd cəhdindən danışdı-VİDEO

“Xəbər gəldi ki, Sabunçu rayonunda 175 kq-lıq partlayıcı maddə tapılıb. Biz bir az yubandıq. Əgər o partlasaydı, nə Suraxanı, nə də Sabunçu rayonları qalmayacaqdı”.

“AzPolitika.info” xəbər verir ki, bunu Baku TV-yə müsahibəsində Heydər Əliyevin keçmiş mühafizəçisi Mahir Musayev 1990-cı illərdə ulu öndərə təşkil edilmiş sui-qəsd cəhdindən danışarkən deyib.

O, Heydər Əliyevin bahalı saatdan imtina etməsindən də bəhs edib: “Ulu Öndər mənə dedi ki, sənin pulun hardandır? Dedim ki, mənim pulum yoxdur. Mənə dedi ki, o nədir, mənə 120 min dollarlıq saat gətirmisən?! Mən 1 milyon qaçqın və 20% işğalda olan torpaqla o qiymətə saat taxsam, mənə nə deyərlər? Dedim bilməyiblər, saatları qaytarmışıq”.

Qeyd edək ki, M. Musayev 1975-ci ildən hüquq-mühafizə orqanlarında xidmətə başlayıb. 1988-ci ildə Bakı şəhəri Əzizbəyov rayon Daxili İşlər Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin olunub.

Mahir Musayev 1992-ci ildə Prezidentin Təhlükəsizlik Xidmətində çalışmağa başlayıb.

Daha ətraflı sujetdə:

kanal32.az