Regionda fəaliyyətə başlayan peşəkar media qurumu olan “Kanal32” Media Şəbəkəsinin rəsmi internet səhifəsi olan KANAL32.AZ saytının bu gün-iyulun 22-də 4 yaşı tamam olur.
4 illik qısa fəaliyyəti dövründə Türk dünyasında qüvvədə olan hüquqi prinsiplər əsasında fəaliyyət göstərən ictimai-siyasi təşkilatlarla, QHT-lərlə, o cümlədən Azərbaycanın dünyanın müxtəlif ölkələrindəki diaspor təşkilatları ilə əməkdşalıq edib. “Kanal32” Media Şəbəkəsi mütəmadi olaraq araşdırma,təhlil və analitik tipli yazıları da oxuculara təqdim edib.Ən əsası isə Azərbayacan vətəndaşının öz haqq səsini duyurmaq üçün açıq kürsü funksiyasını yerinə yetirib. Məmur özbaşınalıqlarına, rüşvət və korrupsiyaya qarşı barışmaz mövqe sərgiləyən “Kanal32” heç kimdən asılı deyil, tam müstəqil fəaliyyət göstərir.
Onu da qeyd edək ki,“Kanal32” vətəndaş-məmur münasibətlərinin hüquqi müstəvidə düzgün qurulması istiqamətində də davamlı iş aparır. Bunun nətəcəsi olaraq son 4 ildə müxtəlif səpkli problemləri olan 828 nəfərə üzləşdikləri çətinliklərin aradan qaldırılması üçün kömək göstərilmiş və aidiyyatı üzrə dövlət qurumları ilə əlaqələndirilmişdir.
KANAL32.AZ