Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilən Kərim Vəliyev Türkiyə mediasının da diqqət mərkəzindədir.
Axar.az xəbər verir ki, Kərim Vəliyevin təyinatını “Anadolu” agentliyi, “Takvim”, “Beyazqazete”, “Strateji Düşüncə İnstitutu”, “TRT Haber” və s. agentlik, sayt və analitik mərkəzlər geniş şəkildə işıqlandırıb, eyni zamanda onun fəaliyyəti və döyüş yolu oxuculara təqdim edilib. Türkiyəli yutuberlər də bu hadisəni Prezident İlham Əliyevin mühüm qərarı kimi tıqdim ediblər.
Türkiyə mediasının diqqət çəkdiyi daha bir məqam isə Azərbaycanla Türkiyə arasındakı hərbi sahədə imzalanan müqavilələrin bəzilərinin altında Kərim Vəliyevin nazir müavini kimi imzasının olmasıdır.
Qeyd edək ki, erməni siyasi ekspertləri də K.Vəliyevin təyinatı ilə Prezident İlham Əliyevin Azərbaycan Ordusunun Türkiyə Ordusu modelinə keçid strategiyasını reallaşdırmağa başladığını bildirmişdilər.