Kəlbəcərlilər Müstəqillik Günündə bir araya gəldi-FOTOLAR

 28 May Müstəqillik Günü ilə əlaqədar Bakı şəhərində məskunlaşmış Kəlbəcər rayon ictimaiyyət nümayəndələri, ziyalılar, gənclərlə birlikdə tədbir keçirilib.

Tədbirdə Milli Məclisin deputatı Aqil Məmmədov geniş məruzə ilə çıxış edib.

Millət vəkili 20-ci əsrin əvvəlində gərgin geosiyasi vəziyyətdə Azərbaycanın ziyalılarının, dövlət xadimlərinin fədakar mübarizəsindən, Cümhuriyyət davasından bəhs edib, onların tarixi xidmətlərindən danışıb. Bildirib ki, heç bir dövlət resursu, ordusu, maliyyəsi olmayan tarixi şəxsiyyətlərimiz müsəlman Şərqində ilk demokratik respublikanın əsasını qoymaqla, Azərbaycan xalqını müasir dünyanın bir parçasına çevirə bildilər: “Qurucu babalarımız ilk dəfə dövlət dili, mili bayrağımız, qadınlara seçki hüququnun verilməsi, böyük ərazidə dövlət aparatının təsis edilməsi və çoxsaylı xidmətləri ilə bugünki Azərbaycanın siyasi, ideoloji və dövləti fəaliyyətinin əsaslarını təşkil edir”.

A.Məmmədov bildirib ki, Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Xalq Cümhuriyyətinin ənənələrini bərpa etdi: “90-cı illərin ölkədə əvvəlində yaranmış ağır hərbi, siyasi vəziyyət ölkənin parçalanması, vətəndaş müharibəsi həddinə gətirib çıxarmışdı. Ümumilli liderin müdrik siyasəti Azərbaycanı bu bəlalardan hifz etdi, əsl Cümhuriyyət ənənələrinə söykənən müasir dövlətin əsas qoyuldu. Prezident İlham Əliyev isə Azərbaycan dövlətini dünyanın aparıcı dövlətləri sırasına çıxararaq ölkəmizi, ordumuzu gücləndirdi. 44 günlük Vətən müharibəsi ilə işğal edilmiş torpaqlarımızı geri qaytardıq. Bu gün azad edilmiş ərazilərimiz böyük tikinti meydanını xatırladır. Artıq, Şuşada beynəlxalq tədbirlər keçirlir. İnanırıq ki, bu kimi tədbirlər yaxın dövrdə doğma Kəlbəcərimizdə keçiriləcək. Kəlbəcərin zəngin iqtisadi potensialı ölkəmizin gücünə güc qatacaq”.

A.Məmmədov iştirakçıları Müstəqillik bayramı münasibətilə təbrik edərək onlara ölkəmizin mənafeyi naminə fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov müstəqiliyimizin çətin şərtlər altında əldə edildiyini qeyd edərək bildirib ki, müstəqilliyi qazanmaqdan daha çətin iş onun əbədiliyini təmin etməkdir: “Müasir dövrdə Ulu öndərin əsasını qoyduğu siyasət Azərbaycanın müstəqilliyini əbədi etdi”.

Çıxışçılar Bəxtiyar Şadmanov, Namiq Dəlidağlı, Bünyad Şirinli, Nərmin Cəlilova və Arzuman Qarayev və başqaları Müstəqilik günü ilə bağlı fikirlərini çatdırıblar.

Açıklama yok.Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

/turkustan/