Kəlbəcərli xanəndəyə Prezident təqaüdü verilib

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib.

Kanal32.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə fərdi təqaüdə layiq görülən sənətçilər arasında Kəlbəcər adını uğurla təmsil edən xanəndə Rəvanə Əmiraslanlıda var.

Qeyd edək ki,Rəvanə Əmiraslanlı “Muğam televiziya müsabiqəsi-2017”-in laureatı, Akademik Opera və Balet teatırının solistidir.

Kanal32.az kollektivi adından Rəvanə xanımı təbrik edir, sənət yollarında uğurlar arzulayırıq.

/Kanal32.az/