Kəlbəcərli ailənin dörd üzvü bir gecədə öldü

Tərtərdə kəlbəcərli ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb.

Kanal32.az-ın xəbərinə görə, hadisə rayonun Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər üçün salınmış Sarov qəsəbəsində baş verib.
Qəsəbədə yaşayan əslən Kəlbəcər rayonundan olan bir ailənin 4 üzvü
Tağızadə Rüfət Mais oğlu
onun həyat yoldaşı
Tağıyeva Əfsanə Fəqan qızı
Onların övladları Tağızadə Ümid Rüfət oğlu və Tağızadə Sürəyya Rüfət qızı yaşadıqları evdə dəm qazından boğularaq həyatlarını itirib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirir.

Daşqın Güneyli