Kəlbəcər sakininin 160 baş heyvanı oğurlandı-Polis isə…-FOTOLAR

Kəlbəcər rayonunun Daşbulaq kənd sakininin 160 baş xırdabuynuzlu heyvanı yaşadığı evin həyətindən oğurlanıb.

Təsərrüfat sahibi Kənan Vəliyevin “Kanal32”yə verdiyi məlumata görə hadisə Samux rayonunun Qarayeri qəsəbəsində baş verib. Ev sakinlərinin yatdıqlarını izləyən oğrular, gecə saat 2-dən sonra heyvanların saxlanıldığı tövləyə daxil olaraq çıxarıb və naməlum istiqamətə aparıblar.

Fermer Kənan Vəliyev DİN-nin 102 qaynar xəttinə, eyni zamanda Samux Rayon Polis Şöbəsinə məlumat verib. Polis şöbəsinin əməliyyat üzrə rəis müavini baş vermiş hadisə ilə bağlı əməliyyat axtarış tədbirlərinə başlanıdığını deyib. Daha sonra zərərçəkən fermer Samux rayonunun İcra Hakimiyyətinin  başçısı Firdovsi Əliyevin qəbulunda olub, onu da baş verən olayla bağlı  məlumatlandırıb.İcra başçısı hadisəni nəzarətə götürdüyünü və bütün müvafiq addımların atılacağını bildirib.

Təsərrüfat sahibi Kənan Vəliyev hadisənin isti izlərlə açılması üçün şəxsən Daxili İşlər naziri cənab Vilayət Eyvazovdan və Baş prokuror cənab Kamran Əliyevdən kömək istəyir.

Qeyd edək ki, heyvanların aparıldğı istiqamətdə bir neçə müşahidə kameralarının olduğu bildirilir.

Kanal32.az