Kəlbəcər şəhərində yeni hotel istifadəyə verilib-FOTO

Kəlbəcər şəhərində yeni hotel istifadəyə verilib.

KANAL32.az xəbər verir ki, Hotel şəhərin mərkəzinə yaxın ərazidə, Hərbi Hospitalın yanında yerləşir və müasir tələblərə cavab verən xidmət infrastrukturu ilə qonaqların istifadəsinə təqdim olunub. Yeni hotelin istifadəyə verilməsi bölgədə turizmin və xidmət sektorunun inkişafına töhfə verməklə yanaşı, eyni zamanda yeni iş yerlərinin açılmasına imkan yaradıb.

Məlumat üçün bildiririk ki, hoteldə aşağıdakı vakant vəzifələr üzrə işçi ehtiyacı mövcuddur:

2 nəfər xadimə,

2 nəfər resepsiyonçu,

2 nəfər ofisiant.

İşlə maraqlanan namizədlər aşağıdakı əlaqə vasitəsi ilə müraciət edə bilərlər.

Əlaqə nömrəsi: (+994) 51 848 28 83

Yeni hotelin Kəlbəcər şəhəri üçün xeyirli və uğurlu olmasını arzulayırıq.

/Subyekt.az/