İsrail-İran qarşıdumarması nə ilə nəticələnəcək?-Sülh yoxsa, müharibə?

Son 1 ay ərzində İsraillə İran arasında münasibətlərin nəzərəçarpacaq dərəcədə kəskinləşməsi, İranın hakimiyyət dairələrinin orduya yüksək döyüş hazırlığı əmri verməsi, eyni zamanda İsrailə ABŞ- nin hərbi yük dolu təyyarəsinin enməsi onu deməyə əsas verir ki, onilliklərdir gözlənilən qaraşıdurma qlobal miqyasda təlatümlü olaylylara yol açacaq.Deməli,Tehran ilə Təl-Əviv və Vaşinqton koalisiyasının toqquşması ehtimalı olduqca yüksəkdir.

Donald Trampın İrana göndərdiyi sülh təklifinin məzmununda nüvə proqramı ilə bağlı məsələ dururdu. İran tərəfi isə bu təklifi rədd edərək, nüvə proqramına daxil olan uranın zənginləşdirilməsi və gələcək nüvə silahı istehsalını davam etdirəcəyini nümayiş etdirdi. Az sonra isə Tramp İrana açıq şəkildə ultimatum xarakterli müraciət ünvanladı. Bu isə onu deməyə əsas verir ki, əgər sülh yolu ilə nüvə proqramı məsələsi barəsində anlaşma olmasa ABŞ birbaşa olaraq qarşı tərəfə müharibə elan edərək hücum edəcək.

Əslində ABŞ və İsrail birlikdə İrana qarşı artıq uzun müddətdir dolayısı yolla hərbi əməliyyatlara başlamışlar : Livan və Suriyada yerləşən Hizbullahın mövqelərinə zərbələr endirmək və geri addım atmağa vadar etmək, Qəzzada Həması demək olar ki, məğlub vəziyyətə gətirmək, Yəməndə Husilərə qarşı ABŞ və Avropa Ölkələrinin hərbi əməliyyatlara hazırlanması və digər hadisələr bunu sübut edir.

ABŞ İsrail vasitəsi ilə İranı məğlub etmək, beləcə Rusiyanın Çindən sonra ikinci nüfuzlu və hegemon müttəfiqini aradan qaldırmaq, Yaxın Şərqdə tam və rəqibsiz möhkəmlənmək.

İsrail və ABŞ nin Yaxın Şərqdə 3 əsas rəqibi var :İran, Türkiyə, Rusiya.

İranın Yaxın şərqdə mövqeləri demək olar ki, əhəmiyyətli dərəcədə zəiflədilib və mümkün müharibə ehtimalı zamanı Təl -Əviv üçün hər hansı qonşu ölkədən birbaşa zərbə və ya hücum ehtimalı yoxdur.

Hizbullah və Həmas 2025 -ci ilədək İsrail üçün əsas mane və düşmən güc mərkəzləri olaraq qalırdısa artıq bu iki hərbi birləşmənin gücü əlindən alınıb.

Digər tərəfdən, Dəməşdə ötən ilin dekabrı baş verən çevriliş nəticəsində hakimiyyət dəyişikliyi ilə Suriyada yerləşmiş Rusiya hərbi bazalarının da ləğvinə başlanması və rus sülhməramlı qoşunlarının ölkədən çıxarılması İsrail üçün şimal sərhədlərində həm Bəşər Əsəd kimi İran meyilli siyasi fiquru aradan qaldırdı, həm də İranın müttəfiqi Rusiyanın gücünü zəiflətdi.

ABŞ İsrail ilə birlikdə yaxın şərqə sahib olmaq, buradan keçən iqtisadi tranzit keçid yollarına nəzarəti təmin etmək, neft və qaz ehtiyatlarına sahiblənmək istəyir.

Regionda yerləşən ölkələrdə bütün ciddi hərbi maneələri, düşmən qüvvələri məğlub etməklə gələcəkdə özündən asılı və zəif dövlətlər formalaşdırmaq istəyir. Həm də, İsrail ABŞ nin əsas planı İranı məğlub etməklə Rusiyanı Cənubi Asiya regionunda yerləşən mövqelərdən məhrum etmək, Ukrayna ilə müharibə zamanı İrandan gələn hərbi və iqtisadi yardımın qarşısını alaraq Tehranın başını öz müharibə problemi ilə qarışdırmaq və beləcə, Ukraynada 3 ildən yuxarıdır əldə edilə bilməyən əhəmiyyətli nəticələrə çatmaqdır.

İsrail də ABŞ- nin İranı məğlub etməsi ilə regionda hegemon ölkə olmaq istəyir.

Qaldı ki, Türkiyə məsələsinə, Prezident Ərdoğanın Suriyaya daxili sabitliyi təmin etmək və terror təşkilatlarına qarşı mübarizə üçün hərbi əməliyyatlar aparmaq məqsədilə qoşun göndərmək əmri verməsinin digər səbəbi də var. İran İsrail mümkün müharibəsi zamanı ABŞ mütləq şəkildə regiona hərbi qüvvələrini yerləşdirəcək və beləcə Türkiyənin cənub sərhədlərində vaxtilə PKK, YPG, PYD kimi təşkilatları yetişdirən dövlət daha çox təzyiq mənbəyi olacaq.

Həm də Türkiyə yaxın şərqdə humanitar fəlakətlərin qarşısını almaq, sabitliyin təmin olduğu sistem yaratmaq, region dövlətlərinin normal mövcudluğunu təmin etmək istəyir, digər tərəfdən isə, bu ölkələrlə əməkdaşlıq ittifaqı yaradaraq Qərbin növbəti dəfə müstəmləkəçi və hegemonçuluq siyasətinə qarşı tədbirlər görür.

Təbii ki, bu da İsrailin maraqları üçün kəskin mane sayılır. Ona görə də iki ölkə arasında münasibətlərin gərginləşməsi əbəs deyil.

Bütün bu hadisələr fonunda isə Omanda keçirilən İran -ABŞ görüşünün nəticəsi onu deməyə əsas verir ki, İran nüvə məsələsi ilə bağlı müəyyən qədər güzəştə gedə bilər, tam imtina etməsi isə inandırıcı deyil. Çünki  nüvə silahının olmaması İrana hücum ehtimalını arxa plana keçirə bilər.

ABŞ-nin illərdir üzərində çalışdığı nüvə məsələsi ona görədir ki, İrana hücum zamanı qarşı tərəf cavab olaraq hərbi strateji mövqelərə zərbə endirə bilər.

Bu da Tehranla birbaşa toqquşmağa ehtiyat etmə situasiyası yaradacaq. Lakin, nüvə silahı olmayan ölkə ilə müharibə vəziyyəti hücum edən ölkənin xeyrinə dəyişir.

İstisna deyil ki, İran və ABŞ İsrail arasında sülh təmin edilsin və Tehran müəyyən güzəştlərə getsin. Ancaq bu o demək deyil ki, Qərbin İranı aradan qaldırmaq planı aktuallığını itirir, bu sadəcə müəyyən məqsədlər üçün vaxt qazanma imkanı yaradır.

 

Müəllif: İsa İsmayılov,siyasi şərhçi