İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının iştirakı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələri ilə görüş keçirilib.
Kanal32.az-a verilən məlumata görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov I və II Vətən Müharibəsi şəhidlərinin anaları, bacıları, xanımları və qız övladları ilə görüşüb.
Rayon rəhbəri ərazilərimizin bütövlüyü uğrunda yüzlərlə İsmayıllı gəncinin qəhrəmanlıqla döyüşdüyünü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu bildirib.
8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə görüşdə iştirak edən xanımlara bayram hədiyyələri təqdim edilib.
Sonda xatirə şəkli çəkilib.
Kanal32.az