Rəsmilər Şəhid Cəmil Məmmədlinin bacısının toyunda iştirak ediblər-FOTOLAR

Şəhid Cəmil Məmmədlinin bacısının toyu olub.

Kanal32.az xəbər verir ki,ötən gün əslən İsmayıllı rayonundan olan şəhid Cəmil Məmmədlinin  bacısının toy mərasimi keçirilib. Bakı şəhərində baş tutan toy şənliyində İsmayıllı rayon İcra başçısı Nahid Bağırov, Səbail rayon İcra başçısı Vuqar Zeynalov, millət vəkilləri Novruzəli Aslanov və Nigar Arpadai, İsmayıllı və Səbail Rayon İcra Hakimiyyəti başçısının müavinləri, eləcə də bir sıra idarə və müəssisə nümayəndələri, şəhid ailələri iştirak edib.

Qeyd edək ki, Cəmil Məmmədli sentyabrın 27-də Vətən Müharibəsi başlayan zaman könüllü olaraq onun ön cəbhəyə göndərilməsini xahiş edib. Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edən Cəmil oktyabr ayının 14-dən 15-ə keçən gecə gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş, 15 oktyabr 2020-ci ildə İsmayıllı rayon Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Cəmil Məmmədli ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Kanal32.az