İsmayıllıda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı ümumrayon tədbiri keçirilib-FOTOLAR

12 Dekabr -Ümummilli Lider Heydər Əliyevin anım günü münasibəti ilə İsmayıllıda ümumrayon tədbiri keçirilib.

Kanal32.az-a verilən məlumata görə,anım günü ilə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-nin əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Ziyarət iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərə həsr edilmiş sərgiyə və filmə baxış keçiriblər. Bildirilib ki, Müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır!

Qeyd edək ki, görkəmli siyasi xadimin abidəsinin ziyarəti rayon ictimaiyyəti tərəfindən səhər saatlarından başlayaraq günün sonuna kimi davam edib.

     

Kanal32.az