Ulu Öndər , Böyük dövlət adamı, görkəmli siyasi xadim Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı növbəti dəfə tədbir keçirilib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi respublikanın hər yerində olduğu kimi İsmayıllı rayonunda da təntənəli şəkildə qeyd olunub.
Basqal Resort Oteldə təşkil olunmuş rəsmi hissədən öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin İsmayıllı rayonuna tarixi səfərlərindən ibarət foto-sərgiyə baxış keçiriblər.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti, Azərbaycan xalqına və dövlətçiliyinə olan tarixi xidmətləri barədə geniş məruzə ilə çıxış edib.
Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən “Əsrin adamı” sənədli film nümayiş olunub.