İsmayıllı Regional Gənclərin II İnkişaf Forumu keçirilib.
Kanal32.az-a verilən məlumata görə forumun gündəliyinə əsasən ilk öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb. Daha sonra İsmayıllı Regional Mədəniyyət evinin foesində Peşə Təhsil Mərkəzinin tələbələrinin əl işlərindən ibarət sərgiyə rəsmilər tərəfindən baxış keçirilmişdir. Gənclərin əl işləri qonaqların marağına səbəb oldu.
Forumdan öncə “Gələcək Naminə” İctimai Birliyi, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi və İsmayıllı Regional Gənclərin Resurs Mərkəzi ilə üç tərəfli anlaşma memorandumu imzalandı. Memorandumun şərtlərinə əsasən məqsədimiz regionda sakibkarlığın təşviqi, gənclərin peşə yönümlü layihələrə cəlb edilməsi və onların peşəkar karyera inkişafına dəstək olmaqdır. Razılaşmaya əsasən növbəti aydan artıq bu sahədə genişmiqyaslı işlər görüləcəkdir.
Dövlət himni səsləndirildikdən sonra forumun rəsmi hissəsi açıq elan edildi. Rəsmi qonaqların çıxışlarının ardından forumun I panel sesiyası öz işinə başladı. I panel sesiyada “Dövlət Gənclər siyasəti və gənclərə regionlarda yaradılmış şərait” mövzusunda geniş müzakirələr aparılıb. Spikerlər Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi Ramin Həbibzadə, Dövlət Məşğulluq Agentliyin əməkdaşı Mikayıl Tağızadə və ASAN xidmətin əməkdaşı Həsənxan Həsənxanlı mövzuya uyğun fikirlərini çıxışlarında qeyd etdikdən sonra gəncləri maraqlandıran suallar cavablandırılıb.
Gənclərin ən çox maraqla gözlədiyi II panel “Gənclərin inkişafında sahibkarlıq” mövzusunda maraqlı müzakilərlə davam etdi. II panel Rəvan Cəfərlinin moderator və spikerliyi ilə müzakirələr təşkil edildi. Basqal Hotelin əməkdaşı İbrahim müəllim turizm sektorunda yeniliklər və oteldə region gənclərinə yaradılan şəraitdən geniş danışdı. Daha sonra İsmayıllı DPTM -nin direktoru Cəlil Bağırov regionda gənclərin istehsalat sahəsində təhsil alması üçün hər cür şəraitin yaradıldığını qeyd etdi. Spiker Taleh Həsənli isə regionlarda olan startaplar və onlardan gənclərin yararlanması barədə ətraflı danışıldıqdan sonra gəncləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, “Regional Gənclərin II İnkişaf Forumu” Gələcək Naminə İctimai Birliyi və İsmayıllı Regional Gənclərin Resurs Mərkəzinin təşkilatçılığı, Dövlət Məşğulluq Agentliyi, Gənclər Təşkilatları Milli Şurası, Gənclərin Karyera və İnkişaf Mərkəzi, Tutorlab və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin tərəfdaşlığı ilə təşkil edilib.
Kanal32.az