İsmayıllı məktəblisi ölkəmizi dünyada belə tanıtdı-FOTOLAR

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Qazaxıstanda keçirilən “Ölkəni tanıt” Elmi Beynəlxalq müsabiqədə IV yerə layiq görülmüş Elşad Bayramov adına Talıstan kənd tam orta məktəbinin VIII sinif şagirdi Emil Agamirzəyev və ona bu uğuru qazanmaqda kömək edən şəxslərlə görüşüb.

Qeyd edək ki, Emil Ağamirzəyev Qazaxıstanda keçirilən “Ölkəni tanıt” Beynəlxalq elmi müsabiqədə 64 ölkə arasında 90 baldan 84 bal toplayaraq ölkəmizi layiqincə təmsil edib.

Gənc dostumuza uğurlarının davamlı olmasını arzulayıram!

#İsmayıllı #RİH