“Mili İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı Ukrayna-Azərbaycan Alyansı tərəfindən “Şərəf” ordeni ilə təltif edilib.
Bu barədə məlumatı Kanal32.az-a İqitiad elmləri üzrə fəlsəfə doktoru, ictimai birliyin sədri özü verib. O bildirib ki, Alyans bu ali mükafatı QHT sədri kimi çoxşaxəli fəaliyyətinə görə müəyyənləşdirib:
“Azərbaycan maraqlrının qorunması, bu istiqamətdə vətəndaş cəmiyyətinin nümayəndəsi kimi fəaliyyətim, ölkəmizə qarşı beynəlxalq təzyiqlərə cavab olaraq milli inkişafçılar kimi sərgilədiyimiz sərt mövqe, dövlətə, dövlətçiliyə bağlılığımız, Cənab Prezidentin həyata keçirdiyi daxili və xarici siyasətə dəstəyimizi nəzərə alaraq Ukrayna-Azərbaycan Alyansı məni “Şərəf” ordeni ilə təltif edib”.
Arzuman Muradlı onu da deyib ki, mükafatın təyiin olunması zamanı onun vətəndaş cəmiyyəti nümayəndəsi kimi Rusiyanın Ukraynaya qarşı təcavüzünə qarşı ortaya qoyduğu barışmaz mövqe də nəzərə alınıb:
“Artıq medal hazırdır və yaxın vaxtlarda mənə təqdim ediləcək”.