İnsanlığın xilası naminə irqi ayrı-seçkiliklə mübarizə

Tolerantlıq, dözümlülük  çox geniş anlayışdır. O həm  insani münasibətlərin  bir çox cəhətlələrinə  aiddir. Təkcə dinlərin bir-biri ilə dözümlülüyü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına, mədəniyyətinə dözümlülük deməkdir.

Heydər Əliyev,

Ümummilli lider

Azərbaycan  əsrlər boyu mədəniyyətlərin  qovuşduğu  bir diyar olmuşdur. Əsrlər boyu müxtəlif xalqların, dinlərin nümayəndələri  Azərbaycanda bir ailə kimi, sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Bu müsbət meyillər bu gün də davam edir. Mən əminəm ki, bu meyillər gələcəkdə daha da gücləndiriləcək və Azərbaycan uğurla inkişafına davam edəcəkdir.

  İlham Əliyev,

 Azərbaycan Respublikasının Prezidenti

        Mübağiləsiz olaraq demək olar ki, bu gün bəşəriyyəti ən çox düşündürən məsələlərdən biri insanlar, cəmiyyət, irq, dinlər və məzhəblərarası münasibətlərdir. Çünki bəşəriyyətin gələcəyi müəyyən mənada tolerantlıq prinsiplərinin necə və hansı səviyyədə bərqərar olmasından asılıdır. Dünyada yüzlərlə irq, din, təriqət, məzhəb, minlərlə xalq və etnik qruplar olsa da, onlar bir planetdə-yer kürəsində yaşamağa məhkumdurlar. Deməli, dünyanın gələcəyi, müəyyən mənada, bu irqlər, dinlər və insanlar arasındakı münasibətlərin nizamlılığı ilə bağlıdır.

Tarixdə irqçilik, irqi ayrı-seçkilik, dini və milli zəmində zaman-zaman müharibələr, toqquşmalar baş vermişdir ki, nəticədə milyonlarla insan bu qarşıdurmaların qurbanına çevrilmişdir. Bu günkü qloballaşan dünya isə belə məsələlərdə daha həssas olmağı tələb edir. Çünkü müasir insan bütün dünyanı məhv edə biləcək güclü silaha-nüvə silahına malikdir. Bu səbəbdəndir ki, indi dünyamızın tolerantlığa, multukulturalizmə daha böyük ehtiyacı vardır. Məlumdur ki, tolerantlıq ifadəsi latın sözü olub, hərfi mənada “dözümlülük, təmkinlik, səbr mənalarını, fəlsəfi termin kimi isə, digər dünya baxışına, həyat tərzinə, adət-ənənəsinə və bütünlükdə mədəniyyətlərə dözümlülük” kimi başa düşülür.

Hal-hazırda bəşər övladı irqçilik, irqi ayrı-seçkilik, dini və milli zəmində münaqişələrə və ayrımçılığa son vermək üçün müxtəlif işlər görür və nailiyyətlər əldə edir.

Zaman keçdikcə  surətlənən və insanları, xalqları bir-birinə yaxınlaşdıran qloballaşma millətlər arasında etiqad fərqliliyindən qaynaqlanan  xüsusiyyətləri  daha da dərinləşdirir.  Hazırda bəşəriyyət dini ayrı-seçkiliyin gücləndiyi, bəzən dini zəmində qarşıdurmaya bilərəkdən  rəvac verdiyi bir zamanla üz-üzədir. Buna görə də dini dözümlülük  şəraitinin yaranması vacib və labüddür. İftixar  hissi ilə qeyd edilməlidir ki, bu gün  dünyanın  başlıca demokratik dəyərlərindən  biri kimi təbliğ edilən  tolerantlıq xalğımızın əsrlər boyu formalaşan və çoxları üçün  örnək olan  xüsusiyyətlərindəndir.

Etnik hökmdarlıq nəticəsində irqi ayrı-seçkilik (diskrimiasiya) əhalinin müəyyən qrupun hüquq və azadlıqlarının məhdudlaşdırılmasına və ya onlardan məhrum edilməsinə gətirib çıxarır. Gündəlik həyatda bu, həmin qrumun restranlara, çimərliklərə kinoteatrlara və ya şəhərin  bəzi  rayonlarına getməyinə qadağa  qoyulmasında, istehsal  sahəsində bəzi peşələrlə  məşğuliyyətin  məhdudlaşdırılmasında hamı kimi  təhsil almaq, uğurlu  karyera yaratmaq imkanın  olmamasında, psixoloji  planda-lağlağı  ləqəblərdə, “Geridə qalmış” xalqlar haqqındakı lətifələrdə və s. özünü göstərir.

Diskriminasiyanın insanlığa sığmayan forması-hər  hansı millətin  və ya etnik  qrupun nümayəndələrinin  yararsız, dəyərsiz və ya düşmən kimi elan olunaraq məhv edilməsidir ki, bu da soyqırım (genosid) və holokost adlanır. XX əsr  milli zəmində  ehtirasların  coşması və bunun  nəticəsində baş verən faciəvi  hadisələrlə doludur. Nasist Almaniyası insanların bir qrupunun  başqaları  üzərində hakimiyyətə malik olması və xüsusi ali irqin-bütün dünyanı idarə etməklə olan ayrıca seçilmiş millətin mövcudluğu haqqında nasist ideya ilə silahlanaraq dünyaya ən dəhşətli soyqırım nümunəsi göstərmişdir. Bu ideyanın həyata keçməsi ona gətirib çıxarmışdır ki,  faşistlər yəhudiləri, qaraçıları tamamilə məhv etməyə, (holokost), digər xalqları (məsələn slavyanları) “əsl arilərə” tabe etməyə cəhd   göstərmişlər.

XX əsr tarixində Azərbaycan xalqına  qarşı ən dəhşətli soyqırımları ermənilər törətmişlər. Terrorçu erməni təşkilatı olan “Daşnaksütyun” partiyasınınn rəhbərliyi ilə 1905-1907, 1918-1920,  1937-1940, 1948-1953 və nəhayət, 1988-1994-cü illərdə erməni vəhşiləri azərbaycanlılara qarşı misilsiz soyqırımlar törətmişlər. Məhz onların bu qanlı etnik təmizləmə siyasətinin  nəticəsidir ki,  indi Ermənistan  adlandırılan, əslinə Azərbaycanın qərb torpaqları olan  ərazilərdə  bir nəfər də olsun  azərbaycanlı qalmamışdır.

Bəs BMT-ni irqi ayrı-seçkiliyin (diskriminasiyanın) ləğv edilməsi uğrunda Beynəlxalq mübarizə  Günü  təsis etməyə vadar edən  nə olmuşdur? Cənubi Afrika Respublikasının  hakim dairələri  tərəfindən  Afrikanın  yerli əhalisi və Hindistandan  köçürülmüşlərə qarşı  dözülməz irqi  diskriminasiya  siyasəti  bəşəriyyəti narahat etmişdi. 1960-cı il oktyabrın 26-da Cənubi Afrikanın Şarpevil   şəhərində polis aparteid rejiminin  afrikalı əhalinin  məcburi pasportlaşdırılması haqqında qanuna qarşı  keçirdiyi dinc etiraz nümayişinə  divan  tutmuşdu. Nəticədə 69 nəfər ölmüşdür.

1966-cı il oktyabrın 26-da BMT Baş Məclisinin XXI sessiyası İrqi Diskriminasiyanın Ləğvi Uğrunda Beynəlxalq Mübarizə  Gününün təsis edilməsi  haqqında qərar qəbul etdi. BMT Baş Məclisi bununla beynəlxalq ictimaiyyəti irqi ayrı-seçkiliyin bütün formalarının  ləğvi uğrunda  səyləri birləşdirməyə çağırdı. 1979-cu ildə Baş Məclis rasizmə və irqi diskriminasiyaya qarşı mübarizə aparan xalqlarla həmrəylik həftəsi keçirməyə çağırdı. İndi Cənubi Afrika Respublikasında 21 mart İnsan Hüquqları Günü kimi qeyd olunur.

Zaman keçdikcə sürətlənən və insanları, xalqları bir-birinə yaxınlaşdıran qloballaşma millətlər arasında etiqad fərqliliyindən qaynaqlanan xüsusiyyətləri daha da dərinləşdirir.  Hazırda bəşəriyyət irqi, dini, ayrı-seçkiliyin  gücləndiyi, bəzən irqi,  dini zəmində qarşıdurmaya  bilərəkdən rəvac  verildiyi bir zamanla üz-üzədir. İftixar hissi ilə qeyd edilməlidir ki,  bu gün dünyanın  başlıca demokratik dəyərlərindən  biri kimi təbliğ edilən  tolerantlıq  xalqımızın əsrlər  boyu formalaşan və çoxları üçün  örnək olan xüsusiyyətlərindəndir.

Tarix  sübut edib ki, mənəvi gücü zəif olan cəmiyyətlərdə sosial-iqtisadi, elmi-texniki  inkişaf daimi ola bilməz. Çünki inkişaf və tərəqqinin dayanıqlı olması üçün cəmiyyət hərtərəfli-həm sosial-iqtisadi, həm də mədəni-mənəvi cəhətdən inkişaf etməlidir.

Etnik hökmranlıq nəticəsində irqi ayrı-seçkilik (diskriminasiya) əhalinin müəyyən qrupunun hüquq və azadlıqlarının məhdudlaşdırılmasına və ya onlardan məhrum edilməsinə gətirib çıxarır. Diskriminasiyanın bir forması da aparteiddir. Aparteid yerli əhalinin bir-birilə əlaqəsini kəsmək məqsədilə onların müstəmləkəçilər tərəfindən insan həyatı üçün yararsız yerlərə köçürülməsidir. Bu cür sistem uzun müddət ABŞ-da hindulara qarşı, Cənubi Afrika Respublikasında (CAR) isə zəncilərə qarşı hökm sürmüşdür.

Bu siyasətin əsasında rasizm (rasa irq deməkdir)-insan irqlərinin qeyri-bərabərliyi şəraitinə əsaslanan ideologiya və siyasət durur. Rasistlər (irqçilər) iddia edirlər ki, “tam dəyərli” və “natamam dəyərli” irqlər vardır. Onlar bununla öz ölkələri daxilində irqi diskriminasiyaya və başqa ölkələrə münasibətdə işğalçı müstəmləkə siyasətinə haqq qazandırmağa çalışırlar.

Diskriminasiyanın insanlığa sığmayan forması-hər hansı millətin və ya etnik qrupun nümayəndələrinin yararsız, dəyərsiz və ya düşmən kimi elan olunaraq məhv edilməsidir ki, bu da soyqırımı (genosid) və holokost adlanır. XX əsr milli zəmində ehtirasların coşması və bunun nəticəsində baş verən faciəvi hadisələrlə doludur. Nasist Almaniyası insanların bir qrupunun başqaları üzərində hakimiyyətə malik olması və xüsusi ali irqin- bütün dünyanı idarə etməli olan ayrıca seçilmiş millətin mövcudluğu haqqında nasist ideya ilə silahlanaraq dünyaya ən dəhşətli soyqırımı nümunəsi göstərmişdir. Bu ideyanın həyata keçirilməsi ona gətirib çıxarmışdır ki, faşistlər yəhudiləri, qaraçıları tamamilə məhv etməyə (holokost), digər xalqları (məsələn, slavyanları) “əsil arilərə” tabe etməyə cəhd göstərmişlər.

XX əsr tarixində Azərbaycan xalqına qarşı ən dəhşətli soyqırımları ermənilər törətmişlər. Terrorçu erməni təşkilatı olan “Daşnaksutyun” partiyasının rəhbərliyi ilə 1905-1907, 1918-1920, 1937-1940, 1948-1953 və nəhayət, 1988-1994-cü illərdə erməni vəhşiləri azərbaycanlılara qarşı misilsiz soyqırımları törətmişlər. Məhz onların bu qanlı etnik təmizləmə siyasətinin nəticəsidir ki, indi Ermənistan adlandırılan, əslində Azərbaycanın qərb torpaqları olan ərazilərdə bir nəfər də olsun azərbaycanlı qalmamışdır.

Bəs BMT-ni irqi ayrı-seçkiliyin (diskriminasiyanın) ləğv edilməsi uğrunda Beynəlxalq mübarizə Günü təsis etməyə vadar edən nə olmuşdur? Cənubi Afrika Respublikasının hakim dairələri tərəfindən Afrikanın yerli əhalisi və Hindistandan köçürülmüşlərə qarşı dözülməz irqi diskriminasiya siyasəti bəşəriyyəti narahat etmişdi. 1960-cı il oktyabrın 26-da Cənubi Afrikanın Şarpevil şəhərində polis aparteid rejiminin afrikalı əhalinin məcburi pasportlaşdırılması haqqında qanununa qarşı dinc etiraz nümayişinə divan tutmuşdu. Nəticədə 69 nəfər öldürülmüşdür.

1966-cı il oktyabrın 26-da BMT Baş Məclisinin XXI sessiyası İrqi Diskriminasiyanın Ləğvi Uğrunda Beynəlxalq Mübarizə Gününün təsis edilməsi haqqında qərar qəbul etdi. BMT Baş Məclisi bununla beynəlxalq ictimaiyyəti irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi uğrunda səyləri birləşdirməyə çağırdı. 1979-cu ildə Baş Məclis rasizmə və irqi diskriminasiyaya qarşı mübarizə onilliyi elan etdi. Baş Məclis bütün dövlətlərə müraciət edərək hər il martın 21-dən başlayaraq rasizmə və diskriminasiyaya qarşı mübarizə aparan xalqlarla həmrəylik həftəsi keçirməyə çağırdı. İndi Cənubi Afrika Respublikasında 21 mart İnsan Hüquqları Günü kimi qeyd olunur.

İrqçilik və ya rasizm-insan irqlərinin bioloji və psixoloji bərabərsizliyi barəsində nəzəriyyələr toplusu. Həmin fərqin irqlərin iri toplum şəklində yaşadığı cəmiyyətlərin tarix və mədəniyyətlərinə ciddi təsir etdiyi iddia edilir. İrqçilik insanların dərisinin rənginə görə ali və aşağı dərəcələrə bölündüyünü və bir irqin digərlərindən üstün olub onlara hakim ola biləcəyini qəbul edir. Doktrinanın yaranma səbəbləri kimi psixoloji faktorlarla yanaşı iqtisadi baxışlar da əsas ola bilər. İrqçi nəzəriyyələrin həyatda tətbiqi irqi ayrı seçkiliyə götirib çıxarır.

İrqçilik daha çox öz etnik xüsusiyyətlərini tək kriteriya kimi qəbul etmək, fərqlilik qorxusu (zenofobiya), irqlər arasında birləşmələrə və münasibətlərə qarşı olmaq və millətçilik kimi anlayışları da özündə ehtiva edə bilər. İrqçilik, sosial baxımdan ayrı-seçkiliyin səbəbi olur, irqlər arasında fərq qoymaq və soyqırıma qədər gedib çıxan şiddətə haqq qazandırır.

İrqçilik ümumi olaraq, öz qanını daşıyan, eyni dildə danışan və eyni soy-kökdən gələnin başqa soylardan gələnləri alçaltması, onlara yuxarıdan aşağı baxmasıdır.

BMT Baş Katibinin irqi ayrıseçkiliyinin  aradan qaldırılması üzrə Beynəlxalq  günü ilə bağlı mütraciəti (21 mart 2001-ci il)    Bu gün biz İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması üzrə Beynəlxalq Günü  qeyd edirik. Bu  gün  biz dünyanın  özünü irqi  nifrətdən  xilas etməsi yolunda atdığı addımları  qeyd etməli,  həmçinin  hələ də həll olunmamış qalan  problərimizi yada salmalı və onları  aradan qaldırmaq üçün tətbiq etdiyimiz üsulları yeniləşdirməliyik.

Bu gün, 1960-cı ildə Cənubi Afrikanın Şarpevil bölgəsində  aparteidə  qarşı “qanunlar qəbul edin” şüarı ilə sülh məramlı nümayişdə  çıxış edən 69 nəfərin  güllələnib öldürülməsi nəticəsində törədilmiş qırğınlar,  qırğının ildönümünü qeyd etmək  məqsədilə 21 mart tarixinə  qərarlaşdırılmışdır. Biz aparteidin artıq keçmişdə qaldığına sevinməliyik. Bu il dünyanın hər bir yerindən olan nümayəndə  heyətlərinin  iştirakı ilə  hələ də dünyamızı narahat etməkdə davam edən  irqçilik probleminin  müxtəlif formalarını   aradan  qaldırmaq  məqsədilə azad Cənubi Afrikada İrqçilik, İrqi  Ayrı-seçkilik, Ksenofobiya  və bundan Yaranan Dözümsüzlük məsələləri üzrə Ümumdünya Konfransı keçiriləcək.

Dözümsüzlüyün bu formaları çox vaxt aparteidə  nisbətən  gözə  çarpan  olmasa da  onlar daha aldadıcı və hiyləgər şəkildə mövcud olurlar. Dünyanın hər bir yerində  qaçqınlar, yerli əhali və sığınacaq axtaranlar hələ də irq ayrı-seçkiliyin təhqiramiz nəticələrindən əzab çəkirlər. Etnik qruplar hələ də dominant  qruplarla müqayisədə qeyri-proporsional şəkildə  kasıb  qalmaqda  davam edir, qeyri-proporsional şəkildə  təhsil almaq imkanına  malik olurlar. Onlar siyasi  strukturlarda təmsil  olunmadıqları halda, həbsxanalarda həddən artıq miqdardadılar.  Onların keyfiyyətli  səhiyyə xidmətlərindən  istifadə  imkanları  az olduqları  üçün  həyatlarının  da qısa olması  müşahidə olunur.

İrqi ədalətsizliyin  bu və ya digər  formaları bu  günümüzün  qəddar gerçəkliyidir, amma bunlar  bizim  gələcəyimizə də əngəl olmalı deyil. Gəlin hamımız Ümumdünya Konfransının uğurla icra  olunması yolunda birləşərək və ümid edək ki,  bir  gün biz 2001-ci ili irqi ayrıseçkiliyə son qoyulması işinin  başlanğıcı kimi qeyd edəcəyik.

Bəşəriyyət tarixində elə dövr, elə zaman kəsiyi olub ki, insanlar yaşamaq naminə hər şeyi məhv etməyə hazır olublar, yəni bütün dəyərlər yaşam naminə qurban verilib, daha dəqiq desək o dövrdə insani dəyərlər hələ çox primitiv formada olub. Burada daha çox tayfa, klan, qrup maraqları üstünlük təşkil edib.

Bu gün dünyada baş verən bir çox olaylar onu deməyə əsas verir ki, minillər keçməsinə baxmayaraq, biz hələ də o pirimitivlikdən tam çıxa bilməmişik. Çünki bu gün dünyanın bir çox yerlərində milli-etnik və dini qarşıdurmalar, insanların irqinə, dininə, dilinə, dərisinin rənginə görə təhdid və təqib olunmaları halları davam edir. Baxmayaraq ki, bütün dünya tolerantlığın və multukulturalizmin antonimi, bəzi hallarda isə alternativi kimi irqi ayrı-seçkiliyi qəbul edib. Başqa sözlə desək, dünyada tolerantlığa təhdid yaradan, onunla düşmən olan meyillərdən biri də irqi ayrı-seçkilikdir.

Diskriminasiyanın bir forması da aparteiddir. Aparteid yerli əhalinin bir-birilə əlaqəsini kəsmək məqsədilə onların müstəmləkəçilər tərəfindən insan yaşamı üçün yararsız yerlərə köçürülməsidir. Bu cür sistem uzun müddət ABŞ-da hindulara qarşı, Cənubi Afrika Respublikasında (CAR) isə zəncilərə qarşı tətbiq edilib. Diskriminasiyanın insanlığa sığmayan forması- hər hansı millətin və ya etnik qrupun nümayəndələrinin yararsız, dəyərsiz və ya düşmən kimi elan olunaraq məhv edilməsidir ki, bu da soyqırımı (genosid) və holokost adlanır.

Bu gün biz böyük inamla deyə bilirik ki, Azərbaycanda belə hallar heç zaman olmayıb. Ancaq ermənilər Azərbaycan xalqına qarşı zaman-zaman  dəhşətli soyqırımları törədiblər. Terrorçu erməni təşkilatı olan “Daşnaksutyun” partiyasının rəhbərliyi ilə 1905-1907, 1918-1920, 1937-1940, 1948-1953 və nəhayət, 1988-1994-cü illərdə erməni vəhşiləri azərbaycanlılara qarşı misilsiz soyqırımları törədib. Məhz onların bu qanlı etnik təmizləmə siyasətinin nəticəsidir ki, indi Ermənistan adlandırılan, əslində Azərbaycanın qərb torpaqları olan ərazilərdə bir nəfər də olsun azərbaycanlı qalmayıb.

Multietnik dövlət olmaqla yanaşı Azərbaycan tarixən çox konfessiyalı bir dövlət olub. Təxminən 2500 il bundan əvvəl Dağ yəhudilərinin İsraildən ölkəmizə gələrək, burada məskunlaşdıqları da tarixi faktdır. Ölkəmizin ərazisi Zərdüştlüyün meydana gəldiyi yerlərdən biri hesab olunur. Elə bu səbəbdən də, hələ erkən orta əsrlərdə Azərbaycanda xristianlıq yayılmağa başlayıb. Məlum olduğu kimi, 313-cü ildə Qafqaz Albaniyasında xristianlıq dövlət dini kimi qəbul edilib. O da məlumdur ki, Azərbaycan ərazisi həm də, İslamın ilk yayıldığı yerlərdən biridir. Bütün bunlara baxmayaraq, ölkəmizin ərazisində müxtəlif dinlərin nümayəndələri, o cümlədən də ermənilər (1988-ci ilə qədər) bir yerdə dinc şəraitdə yaşayıblar. Onminlərlə erməni bu gün də Azərbaycanda heç bir təhdid və təzyiqlə üzləşimədən yaşayır. Azərbaycanın multietnik və çox konfessiyalı tarixi irsindən danışarkən qeyd etmək lazımdır ki, dünyada ölkəmiz kimi bu cür tarixi irsə malik dövlətlər çox azdır.

Azərbaycan dövləti hər zaman ölkənin multietnik və çox konfessiyalılığını qorumağa çalışıb və heç vaxt etnik və dini azlıqların nümayəndələrini assimilyasiya etmək məqsədini qarşısına qoymayıb. Əksinə, Azərbaycan dövləti tarixin bütün dönəmlərində onların hüquqlarının qorunması istiqamətində mühüm addımlar atıb. Məsələn, Azərbaycan Demokratik Cümhuriyyətinin İstiqlal Bəyannaməsində etnik, dini, gender mənsubiyyətindən, sosial vəziyyətindən asılı olmayaraq bütün ölkə vətəndaşlarının siyasi hüquqlarının qorunmasının vacibliyi xüsusi qeyd olunub. Azərbaycan Demokratik Cümhuriyyətinin bu maddəyə əməl etməsinin bariz nümunəsi kimi hökumətin tərkibində nazir kimi, parlamentin tərkibində deputat kimi, müxtəlif xalqların nümayəndələrinin olmasını göstərmək olar. Bundan başqa, Azərbaycan Demokratik Cümhuriyyətinin “Etnik azlıqların ana dilində təhsil almaq hüquqları” qanunda etnik azlıqlara ana dilində təhsil almaq hüququ verilib və bu ənənə bu gün də davam edir.

1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması, xüsusilə də ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı, ölkədə olan tarixi tolerantlıq ənənələrinin qorunması və inkişafı üçün real şərait yaratdı. Ümummilli lider Heydər Əliyev multikulturalizm siyasətinin əsasını qoydu.  O, Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşan Azərbaycan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Bu mərhələ siyasi mərhələ idi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 12 noyabr 1995-ci ildə qəbul olunan Konstitusiyada Azərbaycan Respublikasının multikulturalizm siyasətini əsas müddəaları aydın şəkildə göstərilib. Azərbaycan Respublikasının multikulturalizm və tolerant ənənələrinə sadiqliyi digər hüquqi- normativ sənədlərdə də öz əksini tapıb.

Məsələn, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin III bəndində deyilir:

-Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

25-ci maddənin III bəndinin son cümləsində deyilir:

-İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

26-cı maddənin I bəndində isə yazılıb:

– Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda heç zaman diskriminasiya, irqi ayrı-seçkilik, rasizm halları mövcud olmayıb. Bu gün Azərbaycanda mövcud olan tolerantlığı və multikulturalizmi şərtləndirən əsas amillər də bunlardır. Yuxarıda da qeyd etdiyimiz kimi, hər şey ilk növbədə dövlətin və xalqın həmin dəyərlərə münasibətindən asılıdır. Azərbaycanda isə bu dəyərlərin qorunub saxlanıması və inkişaf etdirilməsi üçün hər bir şərait yaradılıb.

Qərbi Avropa ölkələrində və ABŞ-da dini, irqi ayrı-seçkilik, insan hüquqlarının kütləvi şəkildə pozulması halları baş alıb gedir.

Azərbaycan irqi ayrı-seçkiliyə qarşıdır. Azərbaycan irqi ayri-seçkiliyin bütün formalarını rədd edir. Ölkəmizdə insanlar cinsinə, iqrinə, dilinə və dininə görə fərqləndirilmir, təqib olunmur. Azərbaycan dövlət müstəqilliyin bərpa etdiyi illər ərzində bu prinsiplərə, dəyərlərə sadiq olduğunu daim nümayiş etdirib.

Dövlətimiz bu mövqeyi ilə insan hüquq və azadlıqlarının qorunması məsələsində səmimiyyətini də göstərir. İnsanların əsas hüquqlarından biri də onların irqi ayri-seçkiliyə məruz qalmamasıdır. İqrinə, dininə, dilinə, cinsinə görə insanlara fərq qoyulduğu cəmiyyətdə insan hüquq və azadlıqlarından danışmaq əbəsdir.

Azərbaycan dövlətinin iqri ayri-seçkiliyə qarşı mübarizəyə sadiq qalmasının göstərən əlamətlərdən biri də İrqi ayri-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 21 dekabr 1965-ci ildə qəbul olunan Beynəlxalq Konvensiyaya qoşulmasıdır.

Azərbaycan 1996-cı il mayın 31-də qəbul etdiyi Qanunla bu       Konvensiyaya qoşulub.

Bu Konvensiyanın əsas məqsədi BMT-yə üzv olan bütün dövlətlərin insanlara irqinə, cinsinə, dilinə və dininə görə fərq qoyulmadan insan hüquqlarına və əsas azadlıqlara hamılıqla hörmət edilməsinin və onlara riayət olunmasının təşviq edilməsidir. Beynəlxalq sənədə qoşulan dövlətlər bu problemə qarşı həm birgə və həm də müstəqil fəaliyyət göstərməyi öhdələrinə götürüblər.

Konvensiya BMT tərəfindən qəbul olunan İnsan hüquqları haqqında Ümumi Bəyannaməyə istinad edir. Bəyannamədə qeyd edilir ki, bütün insanlar ləyaqətcə və hüquqca bərabər və azaddır. İnsana irqinə, dərisinin rənginə, yaxud milli mənşəyinə görə fərq qoyulmamalıdır.

Sənədə əsasən bəzi ölkələrdə irqi fərqlərə əsaslanan üstünlük fəlsəfəsinin elmi cəhətdən saxta olduğu, əxlaqi cəhətdən çirkin, sosial cəhətdən ədalətsiz və təhlükəli olduğunu və irqi ayrı-seçkiliyə harada olursa-olsun nə nəzəri, nə də praktik baxımdan bəraət qazandırmağın mümkün olmadığını bildirir.

Konvensiyada insanlara irqinə, dərisinin rənginə, yaxud etnik mənşə əlamətlərinə görə ayrı-seçkilik qoyulmasının millətlər arasında dostluq və sülh münasibətlərinə mane olduğunu və xalqlar arasında sülh və təhlükəsizliyin, habelə eyni dövlət daxilində insanların ahəngdar birgə yaşayışının pozulmasına gətirib çıxara biləcəyi vurğulanır.

Azərbaycan hökuməti Beynəlxalq Konsvensiyaya dair daim birgə dövri məruzələrini edir.

Xarici İşlər Nazirliyinin məlumatına əsasən, sonuncu dəfə 9-cu birgə məruzə təqdim edilib. Məruzədə qeyd edilir ki, Azərbaycan dövləti özünün daxili siyasətində respublika ərazisində məskunlaşan və Azərbaycan etnogenezisinin formalaşmasında müəyyən rol oynayan milli azlıqların azərbaycanlılarla yanaşı yaşamasını və onlarla bərabər bütün hüquqlara malik olmalarını qanunla həyata keçirir. Əsrlər boyu müxtəlif milli azlıqlar azərbaycanlılarla birlikdə sülh və əmin-amanlıqda yaşayıb.

Amma Azərbaycanın Dağlıq Qarabağ ərazisinin və yeddi ətraf rayonun Ermənistan tərəfindən işğalının davam etdirilməsi hazırkı Konvensiyanın tam və səmərəli implementasiyası üçün ən böyük maneə kimi qalmaqdadır. Bu xüsusda BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan dörd qətnamə (822, 853, 874 və 884) hələ də həyata keçirilməyib. Qətnamələr Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini bir daha təsdiq edib, işğal olunan ərazilərdən işğalçı qüvvələrin çıxarılmasını tələb edir.

Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkün yaşamaqdadır ki, bu da həmin insanların əsas hüquq və azadlıqlarının təminatı üçün çətinliklər yaradır. Ölkəmizdə bu qrup insanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün mütəmadi olaraq tədbirlər görülür.

Azərbaycan dövlətinin əsas məqsədi fərdlərin irqindən, inancından, etnik mənsubiyyətindən və digər hallardan asılı olmayaraq öz hüquq və vəzifələrindən eyni dərəcədə faydalandığı mühitə nail olmaqdır. Azərbaycan Konstitusiyasının 25-ci maddəsində də təsbit olunduğu kimi, Azərbaycan dövləti irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

2011-ci ildə qəbul edilən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda da iqri ayri-seçkiliə qarşı mübarizə tədbirləri nəzərdə tutulub. Milli Fəaliyyət Proqramında normativ-hüquqi bazanın, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi və digər istiqamətlər üzrə tədbirlər müəyyən olunub. Belə ki, “İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında” Konvensiyada öz əksini tapan hüquqların milli qanunvericilikdə daha səmərəli şəkildə qorunması ilə bağlı Milli Fəaliyyət Proqramında ayrıca bəndlər salınıb. Sözügedən proqramın 1.1-ci bəndində Azərbaycan qanunları layihələrinin hazırlanması zamanı Azərbaycan Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilən insan hüquq və azadlıqlarının əsas meyar kimi rəhbər tutulması təsbit edilib. Milli Fəaliyyət Proqramının 1 və 2-ci bəndində isə Azərbaycanın tərəfdar çıxdığı insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsi və Azərbaycanın normativ-hüquqi aktlarının beynəlxalq hüquqi sənədlərə uyğunluğunun təmin edilməsi öz əksini tapıb və bundan irəli gələn məsələlər Nazirlər Kabinetinə, Prezident Administrasiyasına, Azərbaycan Ədliyyə, Xarici İşlər nazirliklərinə və həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutuna tapşırılıb.

Ümumilikdə Milli Fəaliyyət Proqramında əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi, müxtəlif dövlət orqanlarının insan hüquqlarının mühafizəsi yönündə fəaliyyətinin təkmilləşdirilməsi, insan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq və Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi fəsilləri altında müxtəlif müddəalar öz əksini tapıb.

Dövri məruzədə qeyd olunur ki, “İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında” Beynəlxalq Konvensiyaya əsasən, Azərbaycan Hökuməti irqinə, dərisinin rənginə, mənşəyinə, milli və etnik mənsubiyyətinə görə heç bir ayrı-seçkiliyə yol vermədən bütün insanların siyasi, iqtisadi, sosial, mədəni və ictimai həyatın digər sahələrində insan hüquqları və əsas azadlıqlarının bərabər əsaslarda təmin olunması üçün müvafiq dövlət siyasətini həyata keçirir.

Tolerantlıq və İrqi Ayrırı-Seçkilik geniş mənada  dünyamızın müxtəlifliyin  və şəxsiyyətin formalaşma hörmətlə qəbul edilməsi  deməkdir. Bu,  nəinki mənəvi borc, həmçinin  siyasi və hüquqi təlabatdır. Mütəxəssislərə görə, dini və milli dözümlülük  güzəşt yox,  ilk  növbədə insan hüquqlarının  qəbul edilməsi əsasında  formalaşan fəal münasibətdir.  Bu gün dini, irqi və milli ayrı-seçkiliyin gücləndiyi,  bəzən dini zəmində qarşıdurmaya rəvac verildiyi bir zamanda yaşayırıq. Yəni dünyamız real  təhlükə ilə üz-üzədir. Çıxış  yolu isə bəşəriyyətin  münaqişələrdən, zor və təcavüzlərdən  xilası, müqəddəs dəyər olan insan həyatının qorunub saxlanması naminə  müxtəlif dinlər və millətlər arasında dözümlülüyü bərqərar edilməsidir. Bunun üçün elə dinin  özündən  yararlanmaq daha önəmlidir.  Çünki bütün səmavi dinlər  insanlara  dinc yanaşı yaşamağı, əmin-amanlıq  şəraitində  əməkdaşlıq etməyi və qarşılıqlı ehtiramı təlqin edir.

Bütün xalqların, millətlərin  və dinlərin dostluğu üçün təkcə bu lazımdır. Azərbaycan bütün səmavi dinlərin ardıcıllarının  bir arayaya gəldiyi, qovuşduğu nadir məkanlardan biridir. Etnik və dini cəhətdən rəngarəng dövlət  olan ölkəmizdə azərbaycanlılarla yanaşı ruslar, yəhudilər və başqa millətlərin nümayəndələri yaşayır. Əsrlər boyu Azərbaycan ərazisində müsəlmanlarla başqa  din  nümayəndələri arasında gözəl  münasibətlər hökm sürmüş , güclü tolerantlıq  ənənələri təşəkkül tapmış və bu, şüurlarda möhkəmlənmişdir. Bunun əsasında xalqımızın milli mentaliteti və mədəniyyəti ilə yanaşı  müqəddəs dinimizin təlqin etdiyi yüksək mənəvi dəyərlər durur. Azərbaycanın dünya xalqlarından bir fərqi də ondadır ki, ölkəmizdə tolerantlıq dövlət siyasəti səviyyəsində həyata keçirilir. Bu cəhətdən Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri üçün belə nümunəvi ola bilər. Dünyada ilk dəfə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu addımı atmış, 1999-cu il noyabrın 16-da beynəlxalq tolerantlıq günü münasibətilə  ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların başçıları ilə görüş keçirmişdir. Ulu öndər həmin çıxışında hər bir dinə, irqə aid olan insanların diqqətinə Tanrının bir olduğunu və hamımızın insan olaraq barış üçün, sülh  üçün yaradıldığımızı bir daha çatdırmış, millətləri müharibələrdən, qan tökməkdən, körpələri gözü yaşlı qoymaqdan çəkinməyə çağırmışdı. Ulu öndər xüsusilə vurğulamışdır ki, ziddiyyətlərin bitib-tükənmədiyi, qarşıdurmaların artdığı narahat dünyamızda  insanlığın xilası naminə qüvvələrin birləşməsi  Böyük Yaradanın bizdən tələbidir. Azərbaycanda  tolerantlığın, milli və irqi dözümlülüyün ən ali səviyyədə olduğunu  artıq nüfuzlu beynəlxalq təşkilatlar, siyasətçilər və diplomatlar da etiraf edirlər.

Doğurdan da bu gün dini-irqi ayrı-seçkiliyin gücləndiyi, bəzən dini, irqi qarşıdurmaya bilərəkdən rəvac verdiyi bir zamanda yaşayırıq. Neçə illərdir qonşuluğumuzda yaşayan  ermənilərin törətdikləri  vəhşiliklər, başqa dinə və milli mənsubiyyətə aid Azərbaycan xalqına qarşı göstərdikləri dözümsüzlük buna misaldır. Xalqımızın tolerantlıq keyfiyyətlərindən sui-istifadə edən, dövlət siyasətində etnik təmizləmə və işğalçılıq xəttini yeridən Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti hələ də davam edir. Sonradan ermənilərə peşkəş edilmiş Qərbi Azərbaycan torpaqlarında yüz minlərlə soydaşımız yaşadığı halda indi  bir nəfər də olsun  Azərbaycanlı qalmayıb. Bu faciə Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda  yaşayan  azərbaycanlıların da başına gətirilmişdir. Özü də burada təcavüz olunan  təkcə insanlar  deyil, tarixi-dini abidələrimiz, inanc yerlərimiz, məscid və minarələrimiz darmadağın edilib. Bir neçə il əvvəl Azərbaycandakı dini konfessiyaların nümayəndələri Ermənistanın təcavüzkarlıq  və etnik  təmizləmə siyasətindən əl çəkməsi, işğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması ilə bağlı BMT Təhlükəsizlik şurasının qəbul etdiyi dörd qətnamənin yerinə yetirilməsi, qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olmuşbir milyondan çox Azərbaycan vətəndaşının öz yurd-yuvasına qayıtması tələbi ilə beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə müraciət ediblər.

İrqçilik və ya rasizm-insan irqlərinin bioloji və psixoloji bərabərsizliyi barəsində nəzəriyyələr toplusu. Həmin fərqin irqlərin iri toplum şəklində yaşadığı cəmiyyətlərin tarix və mədəniyyətlərinə ciddi təsir etdiyi iddia edilir. İrqçilik insanların dərisinin rənginə görə ali və aşağı dərəcələrə bölündüyünü və bir irqin digərlərindən üstün olub onlara hakim ola biləcəyini qəbul edir. Doktrinanın yaranma səbəbləri kimi psixoloji faktorlarla yanaşı iqtisadi baxışlar da əsas ola bilər. İrqçı nəzəriyyələrin həyatda tətbiqi irqi ayrı seçkiliyə gətirib çıxarır.

İrqçilik daha çox öz etnik xüsusiyyətlərini tək kriteriya kimi qəbul etmək, fərqlilik qorxusu (zenofobiya), irqlər arasında birləşmələrə və münasibətlərə qarşı olmaq və millətçilik kimi anlayışları da özündə ehtiva edə bilər. İrqçilik, sosial baxımdan ayrı-seçkiliyin səbəbi olur, irqlər arasında fərq qoymaq və soyqırıma qədər gedib çıxan şiddətə haqq qazandırır.

İrqçilik ümumi olaraq, öz qanını daşıyan, eyni dildə danışan və eyni soy-kökdən gələnin başqa soylardan gələnləri alçaltması, onlara yuxarıdan aşağı baxmasıdır.

Müasir dünyamızda baş verən  müxtəlif səbəbli  münaqişələr  fonunda  dünya insanını  öz yaşadığı cəmiyyətin qorumağa istiqamətlənmiş çağırışların  olmasına  hər  zaman ehtiyac duyulur. Bu məqsədlə beynəlxalq təşkilatların, ayrı-ayrı ölkələrin təşəbbüsləri ilə davamlı olaraq beynəlxalq konfranslar, forumlar, toplantılar təşkil olunur. Bu tipli tədbirlər sülh və sabitliyə tam təminat verməsə də, ən azından təcrübənin paylaşılması, mümkün problemlərin çözülməsinə kömək  göstərilməsi baxımından vacibdir.

Zaman keçir və çox şeyi dəyişir. Amma dəyişməyən bir həqiqət var: tolerantlıq Azərbaycan xalqının xarakterik keyfiyyəti, Azərbaycan cəmiyyətinin nailiyyəti, dözümsüzlük burulğanında müvazinətini itirmiş  dünyanın məqsədidir.

AYNUR TURAN

Gundelik.az