İnfeksionist həkim:”…bu nədir, mənə it əti bişirib gətirmisiniz”

İnfeksionist həkim:” Doğmaları quduzluq xəstəliyinin sonuncu mərhələsində olan qohumuna dolma bişirib gətirmişdi.Dolmalardan bir -ikisini yeyib onu gətirən şəxslərin üstünə qışqırdı ki, bu nədir, mənə it əti bişirib gətirmisiniz”

Bu fikirləri quduzluq xəstəliyinin diqqət yetirilməli olan xüsusi özəllikləri ilə bağlı fikirlərini saytımıza təcrübəli infeksiyon xəstəliklər həkimi Şəfəq Kərimova söyləyib.O,insanları bu acı və çarəsiz duruma salan səbəblərin tamalində məhz zərərçəkən şəxsin özünün və ailə üzvlərinin biganə münasibətinin dayandığını deyir. “İnsanlar bəzən ev və ya sahibsiz küçə itlərinin hücumuna məruz qalır. Təcrübəmə əsasən tam əminliklə söyləyə bilərəm ki, quduzluğa və sonunda ölümə aparan səbəblər biganəliklə bağlı olur.Birmənalı şəkildə ev həyət heyvanı , yaxud sahibsiz küçə itlərinin dişləməsindən, həmçinin xəsarətin böyüklüyündən və kiçikliyindən asılı olmayaraq dərhal həkimə müraciət etməlidir.Çünki, kimsə öncədən təminat verə bilməz ki, hücumuna məruz qaldığı həyət heyvanı belə quduzluq xəstəliyi daşıyıcısı deyil.Məsələn , ev heyvanı dişlədikdə adətən 3 seanslıq quduzluq əleyhinə vaksin tətbiq olunur.Bundan sonra ev sahibi və ya zərərçəkən nəzarəti artırmalı və gözləməlidir.Əgər 10 gün ərzində hücum edən həyət iti ölərsə bu yoluxmuş heyvan olduğunu təsdiq edir.O zaman müalicə əlavə olaraq daha bir neçə seans davam etdirilməlidir.Hər bir halda çevik tibbi müdaxilə zərərçəkənin sağlamlığa qovuşmasına tam təminat verir.Yox əgər sahibsiz küçə itlərinin hücumuna məruz qalan şəxs baş vermiş hadisəyə biganə yanaşıb həkimə müraciət etmirsə özü -özünü ölümə məhkum etmiş olur.Cəmi 30-35 gün ərzində hər şey bitir”.

Şəfəq Kərimova söylədiyi fikirlərin təsdiqi olaraq təcrübədə vaxtilə rastlaşdığı quduzluq xəstəliyinin daşlyıcılarının son ürəksıxıcı davranışlarını xatırladır. “Yevlax rayonu ərazisində bir yaşlı qadın yol qırağında sahubsiz küçüyü yemləyərkən it balası əlini dişləyib.Özünün də təkidinə rəğmən doğmaları “balaca küçüyün kiçik bir dişləməsi sənə neyləyəsidi” deyərək onu günlərlə həkimə aparmır.Yanımıza yalnız o halda gətirdilər ki, ilkin müəayinəmiz artıq qadının tam yoluxduğunu və çarəsiz olduğunu təsdiq etdi.Bu məqamda yalnız bir yol qalmışdı.Xəstəxanaya yerləşdirib dərman peraparatları ilə sakitləşdirmək və öləcəyi anı gözləmək.Məhz həmin son günlərdə doğmaları ona dolma bişirib gətirmişdi.Bir neçəsini yeyər yeməz üstlərinə qışqırdı ki, “bu nədi mənə it əti bişirib gətirmisiniz.Hətta qohumuna əl uzadıb özünə tərəf çəkmək istədi.Qohumu əlindən çıxıb dəhlizə qaçdı.Ordan isə mətbəxə keçib pəncərədən həyətə tullanıb qaçdı.Quzduzluğun son aşamasında olan qadln isə həmin an iflic olub, yıxıldı və qlsa müddət sonra keçindi ”

Təcrübəli həkim bir oxşar hadisənin də kişinin, taksi sürücüsünün başına gəldiyini deyir.O da sahibsiz küçə itini yemlərkən dişlək xəsarəti almışdı.Təəssüf ki, həmin şəxs də həkimə müraciət etməyib.Durumunun ağırlaşdığını görən doğmaları bir ayın yekunlarına yaxın onu xəstəxanaya gətirub müayinə üçün.Həmin an xəstə kişi, ətrafdakı tibb heyətinə hücum etmişdi.Qorxudan hərə bir yana qaçmışdı o zaman.Yalnız Psixoloji Dispanserdən yetişən tibb heyəti onu ram edərək nəzarətimizə verdi və biz də qaydaya uyğun olaraq onu təcrid edib sakitləşdirici peraparatlarla rahat ölməyinə şərait yaratdıq deyir.

Şəfəq Kərimova müayinə və mülicədən yayınan quduzluq xəstəliyi daşlyıcılarında müşahidə olunan bəzi ilkin əlamətlər barədə də məlumat verib.Onun sözlərinə görə vaksindən kənarda nəzarətsiz qalan belə şəxslərdə küləkdən, yağışdan, sudan qorxub hürükmə halları yaranır.Yeməklərdən diksinməyə başlayır, nəfəs darlığı yaranır, davranışlarında isə əsəb və aqresiya əlamətləri çoxalır.Bu hallar gücləndikdə ətrafdakılara və hətta ailə üzvlərinə hücum da edə bilirlər və edirlər. Həkimin sözlərinə görə insanların çoxu quduzluq deyəndə yalnız it hücumlarından yarana biləcək fəsadlar barədə düşünür.Əslində isə fərq etməz dişləyən pişikdir, siçandır yaxud digər heyvanlar.Dərhal vaxt itirmədən müayinə və müalincə olunmalıdır zərərçəkən şəxslər.Hətta quduzluğa yoluxmuş inək, dana, camış və uzunqulaq da sahibinə zərər vurub yoluxdura bilər. “Yaxşı yadımdadır qonşu rayonun kəndlərindən birindən uzunqulaq dişləməsi ilə yaralı gətirmişdilər.Müayinə zamanı bəlli oldu ki, uzunqulaq quduzluq xəstəliyinə yoluxub və sahibinə hücum edib.Dərhal zəruri tibbi müdaxilə edib həmin şəxsin həyatını qurtardıq”.

Ehtiram Muradov