Məlum olduğu kimi, İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri Ekrem İmamoğlu rüşvət, tenderlərə müdaxilə və vəzifədən sui-istifadə ittihamları ilə həbs edilib. Son olaraq ortaya çıxan görüntülərdə, İmamoğlunun Beşiktaşda yerləşən bir oteldə “kassa” adlandırılan şəxslərlə gizli görüş keçirdiyi və bu görüşün qeydə alınmaması üçün mühafizəçilərinin oteldəki təhlükəsizlik kameralarını bantla bağladığı məlum olub.

Qeyd edək ki, İBB-yə qarşı aparılan istintaq çərçivəsində əldə edilən təhlükəsizlik kamerası görüntülərində, 12 oktyabr 2024-cü il tarixində səhər saat 08:48-də əlində yük olan bir şəxsin Adnan Çebiyə məxsus otelə daxil olduğu görünür. Təxminən 50 dəqiqə sonra saat 09:14-də İmamoğlunun mühafizəçiləri görüşün keçiriləcəyi salonu görən bütün kameraları bantla bağlayır. Saat 10:04-də isə Ekrem İmamoğlu və onunla birgə korrupsiya cinayətlərində adı hallanan şəxslər — Tuncay Yılmaz, Ertan Yıldız, Adem Soytekin, Fatih Keleş və Hüseyin Köksal otelə daxil olurlar.

Görüş təxminən bir yarım saat davam edir. Saat 11:34-də isə bir nəfər iki çanta ilə oteldən çıxarkən kameralara düşür.

Bildirilir ki, istintaq sənədlərində adı çəkilən şəxslər — xüsusilə Fatih Keleş və Adem Soytekin — Ekrem İmamoğlu adından bir çox iş adamı və şirkətdən RÜŞVƏT toplamaqla ittiham olunurlar.
Qeyd edək ki, Bu qalmaqallı görüntülər və ittihamlar Türkiyə ictimaiyyətində geniş rezonans doğurub və İmamoğlunun siyasi karyerası ilə bağlı ciddi şübhələr yaradıb.
“AzPolitika.info”