İlham Məmmədov Şəhid Emin Kazımovun ailəsi ilə görüşüb-FOTOLAR

Milli Məclisin deputatı İlham Məmmədov və YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev Vətən müharibəsi Şəhidi Kazımov Emin Fərman oğlunun ailə üzvlərini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.
Rəsmilər Şəhidin anası dəyərli həkim Zemfira xanımın səhhətində yaranan problemlərlə əlaqədar ona Allahdan şəfa diləyib, Şəhidin əziz xatirəsinə dərin ehtiram hissini ifadə etdiklərini bildiriblər.
Görüş çərçivəsində Şəhidin keçdiyi şərəfli həyat və döyüş yolundan bəhs edilib, əziz ruhuna dualar oxunub.
Şəhid ailəsinin nümayəndələri göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıq hissini ifadə ediblər.

 

 

KANAL32.AZ