İlham Əliyev və müasir gənclər siyasəti-Gülçin Zeynallı yazır

Heç kəsə sirr deyil ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Böyük tarixi şəxsiyyət Heydər Əliyev azərbaycançılığı Azərbaycan naminə cəmiyyətin mənəvi kamilliyinin başlıca şərti bilirdi. Gənclər siyasəti gənclərin siyasi proseslərə inteqrasiyasıdır, qabiliyyətli, istedadlı, vətənsevər gənclərin biliyinin, bacarığının, qabiliyyətinin cəmiyyətin inkişafı sahələrinə tətbiqini təmin edən tədbirlər sistemidir.

Ulu öndər Heydər Əliyev deyirdi: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Bu düşüncə həmişə azərbaycançılıq əsasında formalaşdırılıb. Gənclər siyasəti dövlətin daxili siyasətinin başlıca istiqamətlərindən olub. 2 Fevral 1994-cü ildən Gənclər Günü kimi qeyd olunur. Gənc nəslin vətənpərvərlik ruhunda daha geniş dünyagörüşə malik olmalarının təmin edilməsi, formalaşması dövlətin gənclər siyasətinin başlıca məqsədidir. Ulu öndərin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycanda dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, onları aparıcı qüvvəyə çevirmək və sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir, önəmli Dövlət proqramları qəbul olunur. Məhz dövlət başçısının diqqət və qayğısının nəticəsi olaraq təhsil infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, yeni dərslik siyasətinin reallaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi və təhsil sisteminin informasiyalaşdırılması, məktəbəqədər, texniki peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili və digər bu kimi sahələrdə mühüm irəliləyişlər və uğurlar əldə olunub.

Məlum olduğu kimi, Azərbaycanda 4500-ə yaxın məktəb mövcuddur. Onlardan 2700-dən çoxu son on ildə tikilib və ya əsaslı təmir edilib. Həmçinin, son illərdə yüzlərlə uşaq bağçasının, bir çox ali məktəblərin yeni tədris korpuslarının, idman-olimpiya komplekslərinin tikilərək istifadəyə verilməsi də yeni nəslin hərtərəfli formalaşmasına töhfədir. Bundan əlavə, dövlət başçısının “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncamı gəncliyə göstərilən diqqətin parlaq təzahürüdür.

Təhsil sahəsini ölkənin inkişafının prioritetlərindən biri elan etmiş Prezident İlham Əliyev 2004-cü ilin avqust ayında orta ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi proqramını təsdiq edən Sərəncam imzaladı. Həmin Proqram 2005-2007-ci illəri əhatə edirdi və artıq onun reallaşması təmin edilmişdir. Son olaraq Prezident İlham Əliyev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzaladı. Bu da dövlətin gənclərə qayğısının gələcək dövrlərdə də davam edəcəyinə əminlik yaradır. Aparılan siyasətin, görülən işlərin nəticəsi kimi deyə bilərik ki, bu gün Azərbaycan gəncliyi öz intellektual, kreativ və mənəvi-ideoloji yetkinliyi ilə dünya gəncləri arasında qibtə olunacaq nüfuz qazanıb. Qürurla demək olar ki, bu gün Azərbaycan gəncliyi üzərinə götürdüyü vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışır və bunu bacarır: onların səsi beynəlxalq konfranslardan, dövlət və hökumət qurumlarından, ölkələrarasıdebat, intellektual bilik yarışlarından eşidilir.

Azərbaycan həqiqətlərini – musiqisini, ədəbiyyatını, rəqsini, folklorunu, mətbəxini, milli-mənəvi dəyərlərini dünyanın müxtəlif ölkələrində təbliğ edən gənclər bütün səy və bacarığı ilə dövlətçilik ənənələrimizin dünya ictimaiyyəti tərəfindən tanınmasına nail olurlar. Təbiiki, bu, cənab Prezidentin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. Çünki Prezident İlham Əliyev gənclərə olan münasibətini belə ifadə etmişdir:“Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz.Məndə sizə arxalanıram”. Bu mövqe ondan ibarətdirki, gəncliyimiz Prezidentin siyasətini birmənalı şəkildə dəstəkləyir və onun yürütdüyü daxili-xarici siyasətə inanır və ölkəmizin işıqlı gələcəyini məhz onun çiyinlərində görür.

Biz bütün gənclər cənab Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi, beynəlxalq sferada nüfuzunun artırılması,naminə irəli sürdüyü siyasəti və gördüyü işləri dəstəkləyir. Son olaraq qeyd etmək istəyirəm ki,7 fevral 2024 cü il tarixdə keçiriləcək növbədənkənar prezident seçkilərində Mingeçevir gəncləri başda olmaqla bütün Azərbaycan gəncləri,azərbaycanın gələcəyi naminəöz səslərini qalib xalqín qalib lideri İlham Əliyevəverəcəklərinə inanıram.

Gülçin Zeynallı,

Mingəçevir 9 nömrəli məktəbin ibtidai sinif müəllimi.