Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının təşkilatçılığı ilə keçirilən tədbir rayonun ümummilli lider Heydər Əliyev adını daşıyan parkında təşkil olunan ağacəkmə aksiyası ilə başlanılıb.
Tədbir Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinə həsr olunmuş toplantı ilə davam etdirildi. YAP Zərdab rayon təşkilatının inzibatı binasında keçirilən toplantıda ümummilli liderimiz Heydər Əliyev siyasi kursunu uğurla davam etdirərək son iyirmi ildə qazanılan misilsiz nailiyyətlərə imza atan, müdrik siyasəti, qətiyyəti və qüdrətli liderliyi nəticəsində ərazi bütövlüyümüzü bərpa edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun tam təmin edilməsi kimi tarixi missiyanı yerinə yetirən dövlət başçısı kimi fəaliyyətinin 20-ci ildönümünün qeyd olunması, xalqımıza böyük qürur bəxş edən son hadisələr, vətən savaşında əldə olunan zəfər və bu tarixi qələbədən sonrakı uğurlu hərbi-siyasi proseslərin, cəmi 23 saat ərzində həyata keçirilən lokal miqyaslı antiterror tədbirləri nəticəsində qazanılan nailiyyət tarixi zəfərin ildönümü ərəfəsində olmasının məhz möhtərəm Prezidentimizin “Dəmir yumruğunun” qəti qələbəsi olduğu qeyd edildi.
Tədbirdə YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyevin, ərazi partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak etdilər.