İctimai birlik Mingəçevirdə yeni layihəyə start verdi

Müharibə şəraitində yaşayan ölkəmizdə müharibədən  zərər görmüş uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli, mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli, şəxsiyyət və vətəndaş kimi formalaşması dövlət uşaq siyasətinin, vətəndaş cəmiyyətinin və qeyri hökumət təşkilatlarının fəaliyyətinin istiqamətlərini təşkil edir. Müharibənin “günahsız qurbanları” olan uşaqların problemləri təkcə iqtisadi problem olmayıb həm də sosial, mənəvi və psixoloji xarakter də daşıyır.

 Bu məqsədlə “Ailələrə Sosial Dayaq” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Agentliyinin dəstəyi ilə   Mingəçevirdə yaşayan Şəhid və Qazi övladlarının psixoloji, sosial və mənəvi problemlerinin həllinə dəstək” adlı layihəyə start verir. Layihə çərçivəsində aşağıdakı tədbirlər  keçiriləcək:

  1. “Müharibə uşaqları və onların qorxuları”
  2. “Uşaqlar gələcəyimizdir “
  3.  “Vətənpərvərəm”
  4. “Şəhərimizi tanıyaq”
  5. “Mən güclüyəm”

 Layihə 3 ay davam edəcək və Mingəçevir şəhərini əhatə edəcək. Layihədə 6-18 yaşadək 15 nəfər şəhid və qazi övladı iştirak edəcək.