İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov 2023-cü ilin 19 sentyabr tarixində baş verən antiterror tədbirləri zamanı yaralanmış qəhrəman vətən oğullarını evlərində ziyarət edib.
Kanal32.az xəbər verir ki, görüş zamanı RİH-nin başçısı onların qayğı və problemləri ilə yaxından maraqlanıb, tezliklə sağalıb aktiv həyata dönmələrini arzu edərək, sağalmaları üçün bütün səylərin göstəriləcəyini diqqətə çatdırıb.
Hər iki döyüşçümüz-Elcan və Zamin Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.