Nəsimi rayonunda 2 Fevral-Gənclər günü münasibəti ilə “Ulu Öndər sonsuzadək gəncliyin qəlbindədir” adlı bayram tədbiri keçirilib.
Kanal32.az-ın xəbərinə görə tədbirdə rayonun Millət vəkilləri, istehsalatda, elm,mədəniyyət sahəsi və təhsildə, ictimai, elmi-pedaqoji fəaliyyətdə və idman sahəsində fərqlənən qabaqcıl gəncləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak
edib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib sonra Azərbaycan Respublikasının suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov dəvət olunanları salamlayaraq bildirdi ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirib.
Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət vəs. sahələrində fərqlənən, ümumilikdə 8 nominasiya üzrə 43 gəncə Nəsimi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunub.
Təltif olunanlar sırasında Nəsimi rayonu Nəsimi bələdiyyəsinin Uçot və qeydiyyat şöbəsinin müdiri Səfərzadə Gülməmməd İbrahim oğlu da olub. O, rayon icra hakimiyyəti tərəfindən fəxri diplomla təltif olunub.