“Huzurlu Yaşama Gedən Yol” yenə Mingəçevirdən keçib-FOTOLAR

“Hüzurlu yaşam” yenidən Mingəçevirli xanımların qonağı olub.

“Huzurlu Yaşama Gedən Yol” adlı təlim növbəti dəfə yenə mingəçevirli xanımların qonağı olub. Bu təlimdə qadınlar müxtəlif mövzularla tanış olur: fikir mübadiləsi aparırlar.

Qeyd edək ki,bundan öncəki təlimlərdə qadınlar Huzurlu yaşam texnikaları,meditasiya,praktik texnikalar,qadın enerjisini artırmanın yollar,zənginliyin sirləri və.s.mövzularla tanış olublar.

Beynəlxalq təlimçi, psixoloq NLP şüuraltı terapeya Aidə Teymurova və şüuraltı terapeya uzmanı Lumu Əzizova təlimdə bu dəfə şüuraltının həyatımıza təsirləri və kişi qadın enerjisi ilə bağlı məlumatlar veriblər.Təlimçilər seans və təlimlər barədə ətraflı məlumat veriblər. Təlim iştirakçıları onları maraqlandıran suallarla müraciət ediblər .

Həkim kosmetoloq İlahə Salmanlı da öz dəyərli tövsiyələrini xanımlara çatdırıb. Təlimdə iştirak edən qadınlar sual cavab bölümündə təlimdəki mövzuların nəticələri onlar üçün möhtəşəm olduğunu vurğulayıblar.

Bildiriblər ki,bu kimi təlimlər onların həyatlarında bir dönüş nöqtəsi yaradıb.Eyni zamanda asudə vaxtlarını olduqca səmərəli keçiriblər.

 

Esmira Hidayətova,

Mingəçevir